Moskvada nar bayramı keçiriləcək

Moskvada nar bayramı keçiriləcək
Xəbərlər 16 Noyabr 2017 08:53 442
Moskvada nar bayramı keçiriləcək

Noyabrın 24-də Moskvanın “Taqansk” parkında nar bayramı keçiriləcək.

  Səyyah.az turizm portalının məlumatına görə Moskva hökuməti milli siyasət və regionlararası əlaqələr departamentindən Azərtaca-a bildiriblər ki, bayram tədbirlərinin keçirilməsində məqsəd Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafıdır. Tədbir çərçivəsində konsert proqramı, rəsm və foto sərgisi, nardan müxtəlif təamların hazırlanmasına dair ustad dərsləri keçiriləcək. Parkda təşkil olunacaq “Şərq bazarı”nda Azərbaycan məhsulları satılacaq. Təşkilatçılar - Moskva hökuməti milli siyasət və regionlararası əlaqələr departamenti və mədəniyyət departamenti uşaqları da yaddan çıxarmayıblar. Bayram şənlikləri çərçivəsində uşaqları animatorlar şənləndirəcəklər.

OXŞAR XƏBƏRLƏR