Mübariz Mənsimov “Billionaire Club”-u bağladı

Yeddiulduzlu istirahət və əyləncə mərkəzi üç gün müştərilərə xidmət etməyəcək
Xəbərlər 24 Iyul 2014 00:00 1173
Mübariz Mənsimov “Billionaire Club”-u bağladı

Türkiyədə yaşayan azərbaycanlı milyarder, gəmiçilik və neft daşımaları maqnatı Mübariz Mənsimov  yasa batıb. Seyyah.az Virtualaz.org saytına istinadən xəbər verir ki, Türkiyə hökumətinin İsrailin Qəzzada apardığı və çoxsaylı mülki şəxsin həlak olması ilə müşaiyət olunan hərbi əməliyyatları ilə bağlı ölkədə üç günlük yas elan etməsinə görə yeddiulduzlu istirahət və əyləncə mərkəzini bağlayıb.

Xəbərə görə, M.Mənsimovun Palmarində yerləşən Əyləncə adasındakı “Billionaire Club” üç gün müştərilərə xidmət etməyəcəyini elan edib. Bodrumda yerləşən digər istirahət məkanları və restoranlar isə sadəcə olaraq musiqinin səsini yavaşıtmaqla kifayətləniblər.

Kurort bölgəsindəki gecə klubları isə əyləncə proqramlarını ixtisar ediblər. Həmçinin çimərliklərdəki açıq diskotekalarda şən mahnıların səsləndirilməsi dayandırılıb.

OXŞAR XƏBƏRLƏR