Turistlərin çox sevdiyi 5 məkan

Turistlərin çox sevdiyi 5 məkan
Xəbərlər 16 Noyabr 2017 09:29 1115
Turistlərin çox sevdiyi 5 məkan

Dünyada gəzilib-görüləsi gözəl yerlər çoxdur. Bu gün sizə turistlərin sevdiyi, məşhur 5 məkandan danışacağam.

1.“Wisteria” tuneli, Yaponiya

Wisteria yaponiya - Turistlərin çox sevdiyi 5 məkan

“Wisteria” tuneli “Kawachi Fuji Gardens”-də yerləşir. Yaponiyanın Kitakyuşu şəhərində olan bu möhtəşəm bağ görənləri heyrətə salır. Bir-birindən gözəl qoxulu çiçəklər turistlərin xoşuna gəlir. Dünyanın ən gözəl tuneli seçilən bu yer aprelin ortalarından çiçəklər açmağa başlayır.

2.Cinque Terre, İtaliya

cinque terre - Turistlərin çox sevdiyi 5 məkan

İtaliyanın şimalındakı “The Cinque Terre” 1997-ci ildən bəri UNESCO-nun mədəni irs siyahısındadır. İtalyan dilindən tərcümədə “beş kənd” mənasını verir. Dənizə tərəf dik şəkildə uzanan, terraslı təpələrin ətəyində qurulmuş beş kənddən ibarət olan bu yer turistlərin sevimli məkanıdır.

3.Hotel La Montana Magica, Şili

Hotel La Montana Magica - Turistlərin çox sevdiyi 5 məkan

Nağıllar aləmini xatırladan, möhtəşəm təbiəti ilə şəlalə kimi görünən otel yanardağ kimi inşa edilib. Lakin lava əvəzinə su püskürür. Burada eyni zamanda təbii qaynaq suları da  var.

4.“The Crooked Forest”, Polşa

Crooked Forest Polonia 4 - Turistlərin çox sevdiyi 5 məkan

Crooked meşəsi Polşanın şimal-qərbindəki Nowe Czarnowo qəsəbəsində yerləşir. Bu meşədə yerləşən təxminən 400-ə yaxın şam ağacı 90 dərəcə əyilərək böyüyür.  Sakinlər buradakı ağacların 10 yaşından sonra naməlum səbəbdən əyildiyini deyirlər. Bir çox araşdırmalara səbəb olan bu meşənin sirri hələ də bilinmir.

5.Sevgi tuneli, Ukrayna

Tunnel of Love in Ukraine 1 - Turistlərin çox sevdiyi 5 məkan

Böyük ağacların sardığı bu tunel Ukraynanın Kleven şəhərindədir. Daha çox cütlüklərin seçimi olan yer buna görə “sevgi tuneli” adlanır və dünyanın ən gözəl yerləri arasındadır.  /seyahetchi.com/

OXŞAR XƏBƏRLƏR