Zaqatalada Fındıq festivalı keçiriləcək

Zaqatalada Fındıq festivalı keçiriləcək
Xəbərlər 16 Noyabr 2017 14:53 1503
Zaqatalada Fındıq festivalı keçiriləcək

Noyabrın 18-də Zaqatala rayonunda ilk dəfə Fındıq festivalı keçiriləcək.

 Səyyah.az turizm portalı xəbər verir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalda fındıqdan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Zaqatala şəhərindəki Dədə Qorqud meydanında keçiriləcək festivalda müxtəlif müsabiqələrin - ən gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi, ən gözəl fındıq geyimi, fındıq ləpəsinin qısa müddətdə ipə düzülməsi, ən qısa müddətdə fındığın çəkiclə qırılması, ləpənin təmizlənməsi və digər yarışların təşkil olunması nəzərdə tutulur.

Festivalda fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullar da sərgilənəcək. Həmçinin fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq nümayiş etdiriləcək.

Fındıq festivalı bədii proqramla başa çatacaq.

 

OXŞAR XƏBƏRLƏR