Qış turizmi – ULUDAĞ – QİYMƏTLƏR

Qış turizmi – ULUDAĞ – QİYMƏTLƏR
Xəbərlər 16 Noyabr 2017 16:41 1862
Qış turizmi – ULUDAĞ – QİYMƏTLƏR

Türkiyə artıq çoxdandı ki çimərlik turizmində öz möhürünü vurub.

 Səyyah.az turizm portalının məlumatına görə bununla yanaşı İstanbul turları da olduqca məşhurdur. Lakin Türkiyə də turizmin önəmli sahələrindən olan dağ-xizək turizmi də var ki hansı ki olduqca inkişaf edib. Bu günlərdə Türkiyə dağ turizmi bir çox avropa dağ-turizm kurortlarına meydan oxuya biləcək qüvvədədir.

Türkiyədə dağ xizək turizmi deyəndə ilk ağla gələn Uludağ istirahət kompleksidir. İstirahət mərkəzi İstanbuldan 280 kilometr aralıda yerləşir. Burada yerləşən istirahət kompleksinin tarixi elə də qədim olmasa da bu məkanın tarixi hələ antik dövrlərə qədər gedib çıxır.

Uludağda dağ-xizək mövsümü dekabrn ortalarından başlayır mart ayına kimi davam edir. Burada qarın hündürlüyü 3 metrə çatır. Qışda bu ərazilərdə tempratur mənfi 4 dərəcə olur.

Ölkəmizdə Uludağ istirahət mərkəzinə səfər təşkil edən şirkətlərdən biri də Online travel turizm şirkətidir. Adı çəkilən şirkət Uludağa 3 gecə 4 günlük tur təşkil edir. Turun bir nəfər üçün qiyməti 774 dollardı. Bu qiymətə Bakı-İstanbul-Bakı aviabileti, İstanbuldan otelə transfer, oteldə qonaqlama, gün ərzində 3 dəfə qidalanma, Yeni ildə tura qatılanlar üçün isə qiymətə qala gecəsi də daxildir . Bu istiqamət də tur alanlar istirahət mərkəzində adambaşına 70 dollar ödəməklə 4 saat ərzində xizək və kanatdan istifadə edə bilərlər.

OXŞAR XƏBƏRLƏR