İki hissəyə bölünən "east" və "west" Praqa

İki hissəyə bölünən "east" və "west" Praqa
Xəbərlər 17 Noyabr 2017 09:07 524
İki hissəyə bölünən "east" və "west" Praqa

Səyyah.az turizm portalı paytaxt sakini Gülşən Muradzadənin Praqa səfəti ilə bağlı şəxsi təcrübəsini təqdim edir.  

 

“Səyahətlərimdən biri olan Praqa haqqında fikirlərimi bölüşmək istərdim.”
İlk əvvəl təbii olaraq səyahətdən öncə gedəcəyim ərazi haqqında məlumat əldə edib haralara getməliyəm deyə öncədən not alaraq işə başlayıram. Deməli, Praqa “east” və “west” (şərq və qərb) olaraq iki hissəyə ayrılır. Mənə görə, bu iki hissə adına məxsus bir-birindən fərqlənir.  Belə ki, “west Praq” daha sakit, havası daha təmiz, məkanlar bir-birinə daha yaxın, yaşıllıq daha çox, əsl “village”. Şəhərin səs-küyündən qaçmaq istəyənlərə “west” hissəsində qalmağı məsləhət görürəm və bu tip kateqoriyaya özüm də daxil olduğum üçün hostelimi buradan seçmişdim.  İndi isə “shopping”dən vaz keçə bilməyənlər üçün... Praqa sizi unutmayıb və “east” hissəsini sizə ayırıb. Bunlarla maraqlanmadığım üçün tək bildiyim Palladium adlı alış-veriş məkanı idi,əlavə olaraq küçələrdə müxtəlif mağazalara da rast gələ bilərsiniz. Səs-küylü, müxtəlif market halların olduğu hissədi,amma təmizlik baxımdan “West”dən geri qalır, bəzi küçələrdə xoşa gəlməz qoxularla üzləşə bilərsiniz.Bir sözlə yox mən səs-küylü şəhər həyatından vaz keçə bilmirəm deyirsinizsə o zaman qalacağınız yeri east tərəfdən seçməyinizi tövsiyyə edərdim.:)
Gələlim gediləcək,görüləcək məkanlara : məkan o qədər çoxdur ki, insan hansı birinə gedəcəyini şaşırır. Qaldığım 3 gün ərzində sadəcə piyada bütün yerləri gəzməyə çalışmışam.Üstünlüyü çay sahili boyunca verirdim. Bəlkədə ən çox yorulduğum şəhər Praqa oldu deyə bilərəm.Məkan çox zaman az amma ən əsasi təkrar gəlmək üçün bir bəhanə olmuş olur.
İnsanları mənə soyuq gəldi ya qaldıqları şəhərimi tanımırlar ya da yola vermək üçün adresi bilmirəm deyirdilər. Alman soyuqluğu ifadəsin bunlara istifadə edərdim çünki almanlar qədər isti canlı millət hələki mənə rast gəlməyib


Qalacaq yer :əvvəl də qeyd etdiyim kimi “west” hissəsində “Little Quarter Hostel”ində qalmişam. “Prague castle”a yaxındı asanlıqla tapmaq olur. “West” hissısində yolunuz həmın hostel tərəfindən düşərsə wi-fi şifrəsi: AVEhotels , dəyişməsələr :) hostel normal idi. Əşyalarımı rahat qoya biləcəyim kilidli qarderobu, normal hamam tualet,sakin aurası var idi.
Gecə həyatı : çox təəssüflər olsun ki, bu haqda heçnə deyə bilməyəcəm. Tezdən çıxıb 7 dən gec olmayacaq şəkildə hostelə qayıdırdım.

 Necə getmək olar Praqaya?: Mən Budapeştdə qaldıgım üçün avtobusla getmişdim. Seçim olaraq “Regiojet”i tövsiyə edərdim, çox rahatdı.Əgər Bakıdan gələcək olarsanız yəqin ki, ilk Budapeştə baş çəkib sonra səyahətə davam edəcəksiniz

Hardan hədiyyə ala bilərəm?: tam bir adı yox idi məkanın amma ən sərfəlisi “east” tərəfdə “old town”a darvaza kimi girişin həmən yanında keçidə bənzər yerdə kiçik magazalar var, digərlərindən 20-50 kron fərqlə satırlar.
Səyahəti bitirirdim ki, düşündüm heç bu dəfə maraqlı , gələcəkdə danışıb güləcəyim bir xatirəm olmadı demişdim nöqtəni qoymadan bir qızla tanış oldum nəsə ordan burdan bir az söhbət elədik. Sən demə Praqa eyni gündə gəlmişik və oda eyniylə Budapestdə 1 il 3 aydır ki, qalır belə-belə danışıb gülərkən qız biletini göstərib mən 15-dəyəm və yanmda heçkim əyləşmir rahat yatacam deyirdi ki, bileti göstərib həvəsin qursağında qoydum.: Çünki mənim biletim 16 idi.
Sonda Praqa haqqında onu deyə bilərəm ki, Praqa 3-4 günlük gəziləcək şəhər deyil ,Praqa yaşanılacaq şəhərdir.

Фото Gəzəyənlər.

Фото Gəzəyənlər.

OXŞAR XƏBƏRLƏR