Paris daha əvvəlki kimi olmayacaq

Paris daha əvvəlki kimi olmayacaq
Xəbərlər 17 Noyabr 2017 11:22 512
Paris daha əvvəlki kimi olmayacaq

Fransanın paytaxtı Parisdə şəhər meriyasının atdığı addımlar böyük qalmaqala səbəb olub.

  İlkin olaraq şəhər meriyası hər Yeni İldə Yeliseydə keçirilən Yeni İl yarmarkasını ləğv edib. İndi isə şəhər rəhbərliyi  paytaxtda keçirilən digər bayram tədbirlərini ləğv etmək istəyir. Səyyah.az turizm portalının məlumatına görə fins.az  The Local dərgisinə istinadən xəbər verir ki, baxmayaraq ki, 2015-ci ildə təşkilatçılarla 6 illik müqavilə imzalanıb amma şəhər rəhbərliyi bu anlaşmanı birtərəfli şəkildə pozub.

Paris şəhər rəhbərliyi hesab edir ki, artıq uzun illərdi davam edən eyni formatda olan bayram tədbirləri artıq dəyişdirilməlidir. Bununla da turistlər üçün yenilik ola biləcəyi düşünülür. Bundan başqa gətirilən arqumentlərdən biri də bayram da təqdim edilən məhsulların çoxunun Çin malı olmasıdır. Bu da şəhər rəhbərliyini qane etmir.

Hər il Yeliseydə keçirilən Yeni İl yarmarkası 21 dekabrda başlayıb 1 yanvarda başa çatır. Təşkilatçılar məhkəmə yolu ilə yarmarkanı bu il də reallaşdırmaq istəyirlər.

Bundan başqa Paris şəhərinin rəhbəri Ann İdalqo məşhur Grand Rue (şeytan çarxının) fəaliyyətini dayandırmaq istəyir. Razılıq meydanında yerləşən çarx artıq 16 ildir ki, fəaliyyət göstərir. 70 metr hündürlüyü olan çarxdan Eyfel qülləsi, Luvr muzeyi və şəhərin digər tarixi abidələri görsənir. Qeyd edək ki, bu çarx turistlər arasında çox məşhurdur. Çarxdan istifadə isə adambaşına 12 avrodur.

OXŞAR XƏBƏRLƏR