“Türk Hava Yolları” 52 milyon sərnişin daşıyıb

“Türk Hava Yolları” 52 milyon sərnişin daşıyıb
Xəbərlər 17 Noyabr 2017 11:47 472
“Türk Hava Yolları” 52 milyon sərnişin daşıyıb

2017-ci ilin doqquz ayı ərzində “Türk Hava Yolları” ilə 52 milyon sərnişin daşınıb.

 Səyyah.az turizm portalı xəbər verir ki, bu barədə “Türk Hava Yolları” aviaşirkətindən məlumat verilib. Bildirilib ki, 2017-ci ilin üçüncü rübündə aviaşirkət tərəfindən 21,3 milyon sərnişinə xidmət göstərilib və bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur. Beləliklə, 2017-ci ilin ilk doqquz ayı ərzində şirkət 52 milyon sərnişin daşıyıb.

Qeyd edək ki, 2016-cı ildə “Türk Hava Yolları” (THY) Bakı-İstanbul reysi ilə 300 min sərnişin daşıyıb.

OXŞAR XƏBƏRLƏR