Azərbaycanda qeyri-adi festival - FOTOLAR

Azərbaycanda qeyri-adi festival - FOTOLAR
Xəbərlər 19 Noyabr 2017 15:54 795
Azərbaycanda qeyri-adi festival - FOTOLAR

Zaqatalada ilk dəfə “Fındıq-qoz-şabalıd” adlı beynəlxalq festival keçirilib.

Seyyah.az turizm portal; “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, festivalda qonaqlar rayon iqtisadiyyatının əsasını təşkil edən fındıq, qoz və şabalıddan hazırlanan zəngin mətbəx nümunələrindən dadıblar.

Tədbirdə milli mətbəxlə yanaşı, Balakən, Qax və Şəki rayonlarının sənətkarlarının əl işləri də nümayiş olunub. Festival zamanı rayonda fəaliyyət göstərən dərnəklərin, təhsil və tədris mərkəzlərinin yetirmələrinin ifasında rəqs və musiqi nömrələri səslənib.

Mərasimdə rayon rəhbərliyi ilə yanaşı, millət vəkilləri və xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər.

Azərbaycanda qeyri-adi festival

 




OXŞAR XƏBƏRLƏR