Dünyanın ən iri hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb

Dünyanın ən iri hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb
Xəbərlər 20 Noyabr 2017 09:14 469
Dünyanın ən iri hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb

Britaniyada dünyanın ən iri hava gəmisi olan “Airlander 10” qəzaya uğrayıb.

Səyyah.az turizm portalı “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, özündə təyyarə və dirijablın xüsusiyyətlərini birləşdirən uçan aparat Bedfordşir qraflığında yerə çırpılıb. Şahidlərin sözlərinə görə, hava gəmisi ağaclara ilişib, onun budaqları uçan aparatın korpusunu zədələyib və helium qazı sızmağa başlayıb. Nəticədə “Airlander 10” aparatının 20 tonluq kabinəsi qəzadan sonra yararsız hala düşüb. Uzunluğu 92 metrə çatan uçan aparatın yaradılması “Hybrid Air Vehicles” kompaniyasına 100 milyon funt-sterlinqə başa gəlmişdi. O, 4,9 kilometr yüksəyə qalxır və saatda 148 kilometr sürət yığırdı. “Airlander 10” helium sayəsində havada iki həftəyə yaxın qala bilirdi.

OXŞAR XƏBƏRLƏR