Maldivlərdə balıqlarla üzmənin həzzi

Maldivlərdə balıqlarla üzmənin həzzi
Xəbərlər 20 Noyabr 2017 10:55 560
Maldivlərdə balıqlarla üzmənin həzzi

Ağ qumlu sahilləri, şüşə kimi okeanı və yaşılın hər tonundakı bitki örtüyü ilə yer üzündəki bir cənnətdir Maldiv adaları ... İnsana hüzuru fısıldayan bu yer, sizi şəhər həyatından bir anda uzaqlaşdıracaq.

Səyyah.az turizm portalı xəbər verir ki, Maldiv adaları, Hind Okeanında 1200 adadan ibarət olan bir ölkədir ... 1200 adanın yalnız 281-inde həyat var. 1000-ə yaxın adalar da isə insan yaşamır. Məskunlaşma olan 281 adadan 195-inde Maldivlilər yaşayır, 86 ada isə "otel ada" şəklində istifadə edilir.

Maldivdə gündəlik orta temperatur 27 dərəcədir. Musson yağışları May-oktyabr ayları arasında olur. Lakin yenə də ilıq yağış altında üzmək həzz vericidir. Noyabr- Aprel ayları arasında isə quru və isti mövsüm yaşanır. Yəni ölkə, 365 gün dənizdə üzməyə və su idmanlarına uyğundur.

Maldivdə daha çox müasir strukturlar var, tarixi binaya rast gəlmək mümkün deyil. Su idmanlarına, sualtı dünyasına maraq duyursunuzsa mütləq getməniz lazım olan yerlərdən bir yer Maldiv adalarıdır. Dalmağı sevənlər üçün lagünləri əhatə edən mərcanların dərinliklərinə daxil olduğunuz zaman bəlkə də yer üzündə başqa heç bir yerdə bir arada tapa bilməyəcəyiniz qədər çox canlı növünü və rəng harmoniyasını bir arada görə bilərsiniz.

Maldiv adaların da hər yer ayrı bir gözəllikdə dalış nöqtəsi olsa da, Ari Atoll dalğıclar üçün ən mükəmməl yerdir. Köpək balıqları, çəkic balıqları kimi böyük balıqlar, günəşin işıqlarının əks olunması ilə daha da gözəl görünən Napoleon balıqları, boz mərcanlar, ağ köpək balıqları və bir çox kiçik balıqlar okeana qonaq olan dalğıçları gözləyir.

OXŞAR XƏBƏRLƏR