Sloveniyada yaşamaq neçəyədir ? – QİYMƏTLƏR

Sloveniyada yaşamaq neçəyədir ? – QİYMƏTLƏR
Xəbərlər 20 Noyabr 2017 10:58 1309
Sloveniyada yaşamaq neçəyədir ? – QİYMƏTLƏR

Sloveniyada yaşam xərclərini digər Avropa birliyi ölkələri ilə müqayisədə çox da baha deyil. Lakin Macarıstan Serbiya Çernoqoriyadan baha  İtaliya  Avstriya və İsveçrə ilə müqayisədə  isə ucuzdur. Sloveniyada orta aylıq əmək haqqı 1250 avrodur. Səyyah.az turizm portalı xəbər verir ki, fins.az qərb mediasına istinadən Sloveniyada yaşam xərclərini təqdim edir.

Mənzillərin qiyməti

Hələki Sloveniyada daşınmaz əmlak elə də baha deyil. Lakin qiymətlər hər ötən gün bir qədər də bahalaşır. Sloveniyada mənzillərin qiyməti şəhərə görə dəyişir. Paytaxtda və dəniz istirahət mərkəzlərində yerləşən mənzillərin kv metri 2000 avroya kənar yerlərdə isə hər kv metri 1000 avroyadır evlərin qiyməti. Paytaxt Lyublyanada mənzillərin orta qiyməti  100 min – 200 min avro arasında dəyişir. Maribor şəhərində 4 otaqlı mərkəzdən bir qədər aralıda yerləşən mənzili 75 min avroya almaq mümkündür. Roqaşka-Slatinuda geniş sahəyə malik evi 160-180

Sloveniyada evlərin icarəsinə gəlincə isə paytaxtda mənzillərin aylıqı 300-500 avroyadır. Maribor şəhərində isə aylıq kirayə qiymətləri 200-300 avrodur.

Qida xərcləri

Sinə əti toyuq – 1 kq 6-8 avro

Pendir 1 kq – 7 avro

Yumurta 12 ədəd – 1.5 – 2 avro

Donuz əti 1 kq – 6 avro

Çörək 1 ədəd – 1.5 avro

Şəkər tozu – 1 kq – 1.1 avro

Süd 1- litr – 0.8-1 avro

Almaq 1 kq – 1-1.5 avro

Kartof – 1 kq 0.5-0.7 avro

Pomidor – 1 kq 2-2.5 avro

Nəqliyyat

Sloveniyada şəhər nəqliyyatından bir dəfə istifadə 1-1.5 avrodur. Aylıq nəqliyyatdan istifadə kartının qiyməti 30 avrodur. Taksidən istifadə zamanı isə hər kilometrə görə 0.7 – 1.7 avro ödənilir. Sloveniyada avtomobillrin qiyməti bir qədər bahadır. Misal üçün 1.4 litrlik mühərrikə malik Wolsfagen Golf 16-19 min avrodur. Bu ölkədə benzinin 1 litrinin qiyməti isə 1.4-1.6 avrodur.

OXŞAR XƏBƏRLƏR