Bakida daha iki küçə "Torqoviy" kimi olacaq

Bakida daha iki küçə "Torqoviy" kimi olacaq
Xəbərlər 20 Noyabr 2017 22:11 1428
Bakida daha iki küçə "Torqoviy" kimi olacaq

Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin “Torqovı” adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var.

Səyyah.Az turizm portalı  xəbər verir ki, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan “5 mərtəbə”yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi olması nəzərdə tutulur: “Bununla bağlı təkliflər var, lakin hansı qərarın veriləcəyi barədə indidən danışmaq çətindir”.

K.Quluzadə, həmçinin bildirib ki, bələdçi akademiyasının yaradılması ilə bağlı təkliflər var: “Bir çox bələdçilər Azərbaycan tarixini və mədəniyyətini, yer adlarını düzgün bilmədiyi üçün turistlərə düzgün məlumat vermirlər: “Ona görə də istəyirik ki, peşəkar bələdçilər hazırlansın”.

Onun sözlərinə görə, həmçinin Gürcüstanla birgə regional turizm paketlərinin hazırlanması nəzərdə tutulur: “Bu paket çərçivəsində turist həm Gürcüstana, həm də Azərbaycana səfər edəcək”.

OXŞAR XƏBƏRLƏR