Yeni İli xaricdə qarşılamaq neçəyədir? – QİYMƏTLƏR

Yeni İli xaricdə qarşılamaq neçəyədir? – QİYMƏTLƏR
Xəbərlər 21 Noyabr 2017 23:05 969
Yeni İli xaricdə qarşılamaq neçəyədir? – QİYMƏTLƏR

Yeni il və dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə bu il beş gün istirahət olacaq.

Seyyah.az turizm portalı xəbər verir ki, Bayramla əlaqədar Azərbaycana gələn turistlərlə yanaşı xaricə gedən həmyerlilərimizin də sayı çox olacağı gözlənilir.

Turizm agentliklərindən verilən məlumata əsasən, yayda insanlar dənizkənarı istirahət zonalarına üstünlük verdikləri halda, yeni ildə qış turizm komplekslərini seçirlər.

Turizm şirkətinin nümayəndələri bildirir ki, Türkiyə istiqamətində Uludağ, qış xizək kompleksinə görə, İstanbul, MDB ölkələrindən Moskva, Sankt-Peterburq kimi şəhərlərə üstünlük verilir.

Yeni ildə aviabilet daxil olmaqla, Maldivə getmək istəyən bir nəfər 2200 dollar, Sinqapur və Baliyə getmək istəyənlər 1700 dollar, Tailanda 1420 , Şri-Lankaya 1075, Praqaya 1045, Parisə 860, Dubaya 684, Şarm Əl Şeyxə 635,İstanbula 413, Sankt-Peterburqa 410 , Moskvaya 394, Gürcüstana isə 350 dollar xərcləməlidir.

«Şirkətlər bildirir ki, bu dəfə Yeni İli Şaxta babanın vətəni sayılan Laplandiyada qarşılamaq istəyənlər də var: «Laplandiya turları üçün bir neçə dəfə müraciət edilib» 

İstirahətini ölkənin dilbər guşələrində keçirmək istəyənlər isə daxili turpaketlərin qiyməti ilə maraqlanırlar.

Bildirilir ki, Şahdağ yay-qış turizm kompleksinə üstünlük verənlərin sayı çoxdur. Bundan başqa Quba, Qusar, Şəki, Göy-göldə yerləşən otellərlə bağlı müraciət edənlər də az deyil.

«Daxildə səyahətin qiyməti minimum olaraq 2 gecə üçün 200-250 manatdan başlayır və adambaşına 1000-1200 manata qədər yüksəlir.

Bura 3 gecə qalmaq, qidalanmaq və Yeni İl qala gecəsi aiddir»-deyə turizm şirkətlərində bildirirlər.

Yeni il ərəfəsində daxili turpaketlərdə qiymət hotelin təyinatından asılı olaraq dəyişir.

Bu günlərdə hotellər şou-proqram hazırladığından qiymət adi günlərə nisbətən daha baha olur. 

OXŞAR XƏBƏRLƏR