Mehmanxanalarla bağlı yeni STANDART

Xəbərlər 18 Yanvar 2014 00:00 1864
Mehmanxanalarla bağlı yeni STANDART

 

"Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartı qüvvəyə minib. Seyyah.az -ın Mədəniyyət və Turizm Nazirliyin saytına istinadən verdiyi məlumata görə,  tələblər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 14.01.2014-cü il tarixli əmri ilə qüvvəyə minib.

 

"Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" üzrə Dövlət Standartının əsas məqsədləri yerləşdirmə vasitələrində turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, yerləşdirmə vasitələrində çalışanların peşə səviyyəsinin artırılmasından ibarətdir.

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan müvafiq monitorinqlər zamanı sənəddə göstərilən meyarlar monitorinqin keçirilməsi üçün əsas sorğu sənədi kimi istifadə olunacaq.


Mehmanxana və mehmanxana tipli yerləşdirmə vasitələrinə, həmçinin, turistlərə və turizm sahəsi ilə əlaqəli şəxslərə müvafiq sənədlə tanış olmaları və standartın tələblərinə riayət etmələri tövsiyə olunur

OXŞAR XƏBƏRLƏR