Azərbaycana gələn hər üç turistdən biri bu ölkədəndir

Azərbaycana gələn hər üç turistdən biri bu ölkədəndir
Xəbərlər 21 Noyabr 2017 00:07 817
Azərbaycana gələn hər üç turistdən biri bu ölkədəndir

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 730 000 rusiyalı turist səfər edib.

Seyyah.az turizm portalı xəbər verir ki, bu barədə Rusiyanın Turizm Operatorları Assosiasiyasının hesabatında bildirilir.

Ümumilikdə, hesabat dövründə Azərbaycana 2,27 milyon xarici turist gəlib ki, bu da 2016-cı ilin ilk on ayı ilə müqayisədə 20 faiz çoxdur. Ölkəyə gələn turistlər arasında rusiyalılar çoxluq təşkil edib.

Bundan başqa, Azərbaycana İran, BƏƏ, Gürcüstan, Ukrayna və Türkiyədən də çoxlu sayda turist gəlib.

OXŞAR XƏBƏRLƏR