Bu beş ulduzlu oteldə xaş verilir – QİYMƏTLƏR

Bu beş ulduzlu oteldə xaş verilir – QİYMƏTLƏR
Xəbərlər 21 Noyabr 2017 09:02 696
Bu beş ulduzlu oteldə xaş verilir – QİYMƏTLƏR

Bakıdan cəmi 160 kilometr aralıda,Quba şəhərində  yerləşən 5 ulduzlu Rixos Quba otelində müştərilərlə yanaşı oteldə qonaqlamayanlar üçün də xidmətlər təklif olunur.

Səyyah.az turzim portalı fins.az-a istinadən xəbər verir ki, bunlardan biri də xaş verilməsidir. Belə ki, əsl rayon yerində, təmiz təbiətdə bəslənmiş heyvanın ətindən xaş yemək istəyirsizsə o zaman Rixos Quba düzgün ünvandır. Təmiz dağ havasında xaş yemək istəyənlər buranı seçə bilərlər.

Belə ki, otelin Mazaik adlı restoranında qonaqlara xaş verilir. 1-ci pors xaş 12 manatdır. Bura xaş, quru çörəklər, turşular və müxtəlif şirələr daxildir. İkinci porsu sifariş edənlərə isə xaş iki dəfə ucuz 6 manata verilir.

Məlumat üçün bildirək ki, həftəsonu iki nəfərin oteldə qonaqlaması 125 manatdır. Bu qiymətə iki nəfərlik otaq, səhər yeməyi, spa xidmətlərdən istifadə daxildir. 

OXŞAR XƏBƏRLƏR