Yaxın gələcəkdə Ərzurumda bir neçə beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır.
Səyyah.az turizm portalı xəbər verir ki, Türkiyə Xizək İdmanı Federasiyasının rəhbəri Erop Yarar deyib ki, artıq 2018-ci ilin yanvarında Ərzurumda dağ xizəyi üzrə beynəlxalq yarış baş tutacaq. Bir həftə davam edəcək tədbirdə dünyanın 25 ölkəsindən 200-dən çox idmançının iştirakı gözlənilir. Xəbəri “Anadolu” agentliyi yayıb.