“Səmərəli asudə vaxt – sağlam gənclik deməkdir”

Xəbərlər 25 Iyul 2014 00:00 2838
“Səmərəli asudə vaxt – sağlam gənclik deməkdir”

Maraqlıdır, müasir Azərbaycan gəncinin asudə vaxti varmi? Əgər varsa o bu vaxtı necə və harda keçirdir?  Əslində asudə vaxtla baglı çox sual var və bu sualları tanınmış jurnalist Günay Malıkqızı öz maraqlı qonaqlarına ünvanlayıb.  Araz FM 103.3 dalgasında 10 gün ərzində efirə gedən proramın əsas mövzusu gənclərin səmərəli asudə vaxtı olub.

Qonaqlar,  Azərbaycan Gənclər Fondunun İcraçı Direktoru  Faiq Qürbətov , Gənclər Təşkilatı Milli Şurasının sədri  Şahin Seyidzadə, “Əli və Nino” Kitab evinin rəhbəri Nigar Köçərli, ASSA-Jurnalistika məktəbinin rəhbəri  İlhamə Novruzova, aktyor, rejissor, şən və hazırcavab Bəhram Bagırzadə, tanınmış  jurnalistlər Yaqut Tapdıqqızı və  Namik Əliyev,  kitabxana.net portalının rəhbəri yazıçı-kulturoloq Aydın Xan, ATİ-nin Tələbə Gənclər Təşkilatlarının sədri  Ağamir Ağamirov,  tanınmış  dizayner  Ləman Əsgərova,  Şamaxı Astrofizika  Rəsədxanasının gənc alimi, Tusi Bohm Planitariumun rəhbəri Famil Mustafa,   Azərbaycan  Tələbələr Birliyinin sədri, Elvin Aslanov,  psixoloq Fidan Azərqızı  asudə vaxti maraqlı təşkil  etməyə dair təcürəbələri ilə bölüşdülər. Əylənərək həm də öyrənmək imkanı verən asudə vaxtın düzgün formalaşmasının vacibliyindən danışdılar.

Radio proqram Azərbaycan Maarifçi Gənclər təşkilatı  Azərbaycan  Respublikası Prezidenti  yanında   Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səmərəli asudə vaxt – sağlam gənclik deməkdir” adlı layihə çərçivəsində hazırlanıb.

 

OXŞAR XƏBƏRLƏR