Azərbaycan hotellərində Yeni İli qarşılamaq neçəyədir? – QİYMƏTLƏR, SİYAHI

Azərbaycan hotellərində Yeni İli qarşılamaq neçəyədir? – QİYMƏTLƏR, SİYAHI
Xəbərlər 21 Noyabr 2017 22:32 5584
Azərbaycan hotellərində Yeni İli qarşılamaq neçəyədir? – QİYMƏTLƏR, SİYAHI

Qarşıdan Yeni İl gəlir və maddi imkanı olan hər kəs yeni ili fərqli, yaddaqalan qeyd etmək istəyir. Sıxıcı iş həyatından uzaqlaşmaq, yeni il tətil günlərində ürəyincə dincəlmək istəyənlər üçün isə fərqli alternativlər var. Paytaxt və regionlardakı otellər istirahət üçün alternativdir. Hər kəs büdcəsinə uyğun yeni il məkanı seçə bilsin deyə Seyyah.az turizm və istirahət portalı Azərbaycanın hotellərində Yeni ili qarşılamağın qiymətini araşdırıb. Qiymətlər adambaşına göstərilib. Beləliklə...

 

“Baku Boulveard hotel” – 75-150 manat

“Baku Boulveard hotel”-dən bildirilir ki, yeni il axşamını oteldə qeyd etmək istəyənlər üçün canlı musiqinin müşaiyəti ilə yeni il əyləncəsi tərtib edilib. Masalar milli görünüşdə olacaq. Soyuq və isti qəlyanaltılar, növbənöv salatlar, kabab çeşidləri və desertin, habelə fərqli içkilərin olacağı masa, canlı musiqi, Dj-in iştirakı ilə hazırlanan yeni il gecəsi üçün giriş ödənişi böyüklər üçün 150, kiçiklər üçün 75 AZN olacaq.

 

“Excelsior Hotel Baku”- 135 manat

“Excelsior Hotel Baku”də yeni il gecəsi qeyd etmək istəyənlər üçün proqram saat 20.00-da başlayır.Qonaqlar– saat 24.00-dək canlı musiqi və caz musiqi dinləyə biləcək. Gecəyarı DJ-in performansını izləmək imkanı da olacaq. Giriş üçün 135 manat müəyyən edilib. DJ-lə əyləncə saat 02.00-dək davam edəcək. Ailəvi istirahət etmək istəyənlər üçün uşaqlara özəl qiymətlə maraqlandıq, bildirildi ki stul  istifadə ediləcəksə bunun üçün 135 manat ödənməlidir. Amma körpə uşaqlar üçün ödəniş alınmır.

 

“Qafqaz Point Hotel” – 25 manat

Qafqaz Point Hotel bu il balacalar üçün yeni il şənliyi təçkil edəcək. Giriş qiyməti 25 AZN təyin edilən bayram şənliyinə uşaqları ilə bərabər valideynlər də girə bilər. Böyüklər də bilet üçün eyni qiyməti ödəyir. Şənlik Rus Dram Teatrının aktyorlarının iştirakı ilə rus dilində təqdim ediləcək, uşaqları Qar Qız, Şaxta Baba ilə birlikdə nağış qəhrəmanları da əyləndirəcək. Qiymətə yemək və içkilər, hədiyyələr də daxildir.

 

“Qafqaz City And Residence Hotel” – 35-45 manat

QAFQAZ CITY AND RESIDENCE OTELI yeni il şənliyi üçün banket sifarişi qəbul edir. Bildirilir ki, şou-proqram hamı üçün açıq deyil, fərdi olaraq qonaq qəbul edilmir, minimum 15, maxsimum 130-150 nəfərlik nəfərlik qrup üçün menyu, əyləncə və DJ təqdim edilir. Giriş, menyu, əyləncə və DJ performansı üçün 3 müxtəlif qiymət təqdim edilir – 35, 40, 45 AZN.

 

“Qəbələ Qafqaz Riverside” – 336 manat

“Qəbələ Qafqaz Riverside”də yeni il rezervasiyaları başlayıb. Rezervasiya minimum iki gecə olmalıdır, rezervasiya və ödənişlər 5 gün ərzində ödənilməlidir və rezervasiya ləğv edilərsə ödənilən məbləğ qaytarılmır. İki nəfərlik standart otaq 272.20 AZN müqabilində verilir. Bu qiymətə səhər yeməyi də daxildirı. Qeyd edilən qiymət 31.12.17 tarixində ə 672.20 azn olacaq. 0-3 yaşına qeder 1 uşaq üçün ödəniş tələb edilmir. Bu qiymətə qala yeməyi də daxildi. 31.12.17 tarixinde oteldə keçiriləcək Gala şənliyində oyunlar, atəşfəşanlıq, rəqs şouları ilə barəbər müğənnilər Səbinə Babayeva, Türkan Heydərova, Xəyal Rzazadə, Lalə & Nurkan iştirak edəcək.

 

“Shahdag Hotel & Spa” – 680 manat

“Shahdag Hotel & Spa”-dan verilən məlumata görə dekabr ayının 15-dən yeni il gecəsinədək oteldə qalmaq istəyənlər üçün təkliflər paketi hazırdır. "Shahdag Hotel and Spa" 5* və "Zirve" 4* otellərində  bayram günlərində (30.12.17 - 05.01.18), rezervasiya həyata keçirtmək üçün minimum hədd 3 gecə olmalıdır. Yeni İl Qiymətinə Half Board (gündə 2 dəfə qidalanma)  və Miras Restoranında Yeni il şənliyi  daxildir.

30.12.17

05.12.18

Deluxe Room

Plaza Görünüşlü

Deluxe Room

Dağ Görünüşlü

əlavə çarpayı

 

1 nəfər

2 nəfər

1 nəfər

2 nəfər

böyük

uşaq

Shahdag Hotel & Spa

240 AZN

300 AZN

270 AZN

300 AZN

60 AZN

35 AZN

Zirve Hotel

200 AZN

250 AZN

 

 

60 AZN

35 AZN

 

Shahdag Hotel & Spanın dağ mənzərəli otaqlarına səhər və şam yeməkləri qiymətini də əlavə etsək belə bir mənzərə yaranır: Otaq+səhər yeməyi 1 nəfər üçün 240, 2 nəfərlik otaq üçün 270 AZN. Xüsusi şam yeməyinin qiyməti 1 nəfər üçün 200 manatdır. İçkilər 100-200 manat aralığında dəyişir. Əyləncə üçün 140-280 manat tələb edilir. Beləliklə 1 nəfər üçün 680, 2 nəfər üçün 1150 AZN xərc çıxır.

 

“Şahdağ Quba Otel” – 550 manat

“Şahdağ Quba Otel”dən bildirilir ki, bu oteldə yeni il ərəfəsində - 31 dekabrdan 3 yanvaradək 2 nəfərlik standart otağın qiyməti  899 AZN-dir. Suit otaqda dincəlmək istəyənlər 2 nəfərlik otaq üçün 1099 AZN, ailəvi (4 nəfər) otaq üçün isə 1799 AZN ödəməli olacaq. Uşaqlara 2 yaşına qədər ödəniş tələb edilmir, 2 yaşından 12 yaşına qədər 50% endirim var.

Ödədiyiniz məbləğə   3 gecə 4 gün,   səhər yeməyi, fitness və SPA xidmətləri, yeni il gecəsi şam yeməyi daxildir. Crazy Eyes rəqs qrupu, İlqar Sahil, Natavan Həbibi, Dado (Səid Əliyev), Sevda Yəhyayeva və Dj Qafqazın iştirak etdiyi konsert proqramına giriş isə 200 manatdır. Biletin qiymətinə qala-gecəsində iştirak və şam yeməyi daxildir.

 

“Sheki Marxal Resort & Spa”– 585 manat

“Sheki Marxal Resort & Spa” oteldən bildirilir ki, yerli və xarici müğənnilərin iştirakı ilə maraqlı şou proqram və yaddaşlarda qalacaq yeni il gecəsi üçün rezervlər vaşlayıb. 31.12.2017 - 03.01.2018 tarixləri üçün standart otaq kirayələmək üçün  1170 AZN tələb olunur. Bu qiymətə 3 gecə 4 gün, 3 dəfə qidalanma (Marxal Party), 2 dəfə qidalanma (Maskarad Party), Viktoriya Odesskaya (Ukrayna), Romen Qrupu (Rusiya) Dj iştirakı ilə yeni il proqramı, fitness və spa xidmətlərindən istifadə (Hovuz, Türk hamamı, Sauna, Buxar Otağı) daxildir. Qiymət 2 nəfər üçün nəzərdə tutulub və minimal olaraq 3 gecə rezerv edilir. Yeni il proqramında müğənni  Faiq Aqayev, “Aypara” ansamblı, Romen Qrupu (Rusiya), Dj – lər , Şaxta baba və Qar qız iştirak edəcəklər.

 

“Sheki Palace Hotel” – 295 manat

“Sheki Palace Hotel”dən verilən məlumatda bildirilir ki, 30.12.17 - 02.01.18 tarixlərində oteldə dincəlmək istəyənlər üçün  müəyyənləşirilmiş qiymət  590AZN-dir. Qiymətə 3 gecə oteldə gecələmək, 3 gün səhər yeməyi, yeni  il şou proqramı və şam yeməyi, Dj Parti, otel daxili SPA xidmətləri (fitnes, qapalı baseyn,turk hamamı, sauna), uşaqlar üçün oyun zalı daxildir. Qiymət iki nəfər üçün hesablanıb, 5 yaşa qədər uşaqlar pulsuzdur, 6-12 yaşda uşaqlar isə 50% endirimlə ödəniş alınır.

 

“Masalli Vilesh Palace Hotel” -  125 manat

“Masalli Vilesh Palace Hotel” yeni il şousunu 31 dekabr-1 yanvarda  təqdim edəcək. Müğənnilər Vüqar Muradov və Yaqut Nərimanın iştirakı ilə keçiriləcək şou proqrammında həmçinin Şaxta Baba və Qar qız (hədiyyələri ilə), klounlar, sehirbaz, DJ-in iştirakı da gözlənilir.  Milli mətbəxin təamlarının təqdim ediləcək yeni il süfrəsi, əyləncə, 2 gecə, 3 gün oteldə qalmaq, qidalanma,  üçün tələb edilən standart bilet qiyməti 195 AZN-dir. Yalnız 31 dekabr şənlik gecəsində iştirak etmək istəyənlərə biletin qiyməti 50 AZN olaraq təklif edilir.

 

“Novxani Spring Hotel” – 250 manat

“Novxani Spring Hotel” da 31.12.2017 - 02.01.2018 tarixlərində standart otaqların qiyməti  499 AZN olacaq. Bu qiymətə 2 gecə 3 gün, 2 gün səhər və şam yeməkləri, bayram axşamı şam yeməyi, Miri Yusif ve Dilarə Kazımovanın iştirakı ilə konsert proqramında iştirak, səhərə qədər DJ Vebonun disco performansını, Fire and light show, Belly Dance, Rithm Show kimi şouları izləmək,  SPA və Fitness mərkəzindən istifadə daxildir.  Otel uşaqlar üçün Şaxta Baba, Qar qız və müxtəlif personajların iştirakı ilə surpriz əyləncə proqramı da vəd edir.  Qeyd edək ki, qiymət iki nəfər nəfər üçün nəzərdə tutulmuşdur 0-5 yaşına qədər 1 uşaq ödənişsizdir, 6-12 yaş arası uşaqlar üçün 150 AZN əlavə edəniş tələb edilir.

 

Quba Rixos Hotel – adambaşına 1000 manat

“Quba Rixos Hotel”dən aldığımız məlumata görə yeni ildə bu oteldə dəbdəbəli şənliklər olacaq. 31 dekabrdan 2 yanvaradək nəzərdə tutulan bayram paketləri 3 gün 2 gecə üçün nəzərdə tutulub. Göstərilən qiymətlərə 18% ƏDV,  qıdalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, otelin əlavə xidmətlərindən - hovuz, sauna, türk hamamı və fitnes zal- istifadə daxildir. 2 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir. Yeni il şənliyi Murad Arif, Sevda Yəhyayeva, Ayaz Qasımovun, Lamiyə Novruzovanın, “Twenty Five” qrupunun, Ülkər Əliyevanın, Miri Yusifin və Dj Kənanın iştirakı ilə olacaq. Otelin qiymətlərini nəzərə alanda Yeni ili burada qarşılamaq adambaşına 1000 manata başa gələcək. Belə ki, ikinəfərlik otaq 2000 manat, 4 nəfərlik 2400 manat, 6 nəfərlik – 6000 manat, 8 nəfərlik otaq isə 8000 manatdır.

 

“Balakən Qubek Hotel” – 270 manat

“Balakən Qubek Hotel”-də yeni il şənliyinə qatılmaq istəyənlər minimum 3 günlük rezervasiya etdirməlidir. Otelin 31 dekabr-3 yanvar aralığında təqdim etdiyi yeni il paketində bir nəfərin istirahəti üçün ödəniş 269 AZN müəyyənləşdirilib. Rezervasiya minimum 3 günlük edilir. Qiymətə  3 gecə 4 gün, gündə 3 dəfə yemək, yeni il şənliyi, hər gecə diskoteka və əyləncəli oyunlar, otel daxili xidmətlər daxil (sauna, fitness, bilyard), TBİLİSİ şəhərinə gəzinti və qidalanma daxildir. 5 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir., 10 yaşadək uşaqlar üçün ödəniş 50 % endirimlə alınır. Yeni il şousunda yerli müğənnilər və DJ-lərin iştirakı gözlənilir. Bu qiymət  2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.

 

“Sumqayit Plaza Hotel” – 112-132 manat

“Sumqayit Plaza Hotel”i yeni il gecəsi üçün endirimli paketini təqdim edib. Belə ki 2 nəfərlik standart otaq, menyu,  özəl şou proqram 224-264 AZN civarında təqdim edilir. Qiymətə

çox məqsədli konfrans zalı, SPA salonu, hovuz, türk hamamı, sauna və fitness zalından istifadə də daxildir. Otelin təqdim edəcəyi şou proqramda müğənnilər Məsumə, Elnur, Rəna, Nuranə, Mürşüd, Elçin, Həyat, Natiq və DJ Xan iştirak edəcək.

 

 

“Şirvan Hotel & Spa” – 330 manat

“Şirvan Hotel & Spa”da yeni il ərəfəsində dincəlmək istəyənlər üçün  30.12.2017 - 02.01.2018 tarixləri münasibdir. Standart otağın qiyməti bu oteldə 660 AZN-dir. Bu qiymətə 3 gecə, 4 gün, səhər yeməyi, yeni il gecəsi şam yeməyi, yerli müğənni və DJ-lərin iştirakı ilə Qala Şou Proqram, kino klub, Sakit Gölün ərazisinə ekskursiya, SPA və fitness xidmətlərindən istifadə daxildir. Bildirilir ki, qiymət iki nəfər nəfər üçün nəzərdə tutulub, 0-5 yaşına qədər 1 uşaq pulsuz, 6-12 yaş arası uşaqlar üçün ödəniş 150 AZN-dir.

 

“Marriot Absheron Baku” – 200-230 manat

 

“Marriot Absheron Baku”-da seçim müxtəlifdir. Otelin milli mətbəxdən ibarə menyusuna

və yeni il şou-proqramına baxmaq üçün təyin edilən qiymət 140 manatdır. Qeyd edək ki, bu qiymətə alkoqollu içkilər daxil deyil. Milli menyu üçün yeni il gecəsi alkoqollu içkilər paketinin

qiyməti 60 manatdır. Saat 18.00-da başlayacaq proqram gecə 01.00-dək davam edəcək.

Otelin  italyan restoranında təşkil olunacaq yeni il şousuna giriş üçün 150 manat ödəmək

lazımdır. İtaliyan menyusu, şou proqram bu qiymətə daxildir. Alkoqollu içkilər üçün təyin

edilən paket qiyməti 80 manatdır. Qeyd olunan qiymətlərə oteldə gecələmək daxil deyil.

 

“Qafqaz Tufandag Mountain Resort Hotel” – 580 manat

“Qafqaz Tufandag Mountain Resort Hotel”-dən bildirilir ki, yeni il ərəfəsi – 31 dekabrdan 3 yanvaradək otelin yeni il şousu təqdim ediləcək. Bu ərəfədə oteldə müğənnilər Leyla Məmmədova, Səbinə Babayevanın iştirakı ilə, habelə sehirbaz şouları, ərəb rəqslərinin olduğu yeni il şousu təqdim ediləcək. Konsertdə iştirak bir nəfər üçün 250 AZN müəyyənləşdirilib. Qiymətə yeni il ziyafəti də daxildir.  Yeni il ərəfəsində oteldə qalmaq üçün boş otaq yoxdur, otaqların hamısı rezerv etdirilib. Həmin tqairxdə oteldə standart otağın qiyməti 330 manatdır. Qiymətə səhər yeməyi də daxildir.

 

“Ayan Papace Tovuz” – 150 manat

“Ayan Papace Tovuz”-dan verilən məlumatda bildirilir ki, yeni il gecəsi təşkil olunacaq şənliyə giriş 90 manatdır. Bu qiymətə limitsiz yemək, içmək daxildir. Şou proqramda müğənnilər Gülşən Əliyeva, Yaşar Yusuf, Dj çıxışları , milli və xarici rəqslər, uşaqlar üçün cizgi qəhrəmanlarının iştirakı gözlənilir. Oteldə 2 nəfərlik standart otel otağının qiyməti 110 manatdır. Bu qiymətə səhər yeməyi, sauna, fitnes, türk hamamı xidmətləri də daxildir. Rezervasiya minimum 2 gecəlik edilir. 6 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir, amma otağa əlavə çarpayı tələbi olarsa bunun üçün 15 manat ödəniş edilməlidir.

 

“Şamaxi  Sakit  Göl  Hotel”  - 925 manat

“Şamaxi  Sakit  Göl  Hotel”-də yeni il şənliyi yalnız otel müştəriləri üçün nəzərdə tutulub. 31 dekabr-4 yanvar tarixlərində oteldə rezervasiyası olan qonaqlar  üçün 2 nəfərlik standart otaq 1850 manatdır. Bu qiymətə səhər yeməyi, fiznes və spa salonları, qapalı hovuz, yeni il şənliyinə giriş daxildir. Şənlik-şouda yerli müğənnilər iştirak edəcək. 6 yaşa kimi uşaqlara pul tələb edilmir. 6 yaşdan 12 yaşadək 465, 12 yaşdan yuxarı uşaqlar üçün isə standart otağın qiymətinə uyğun ödəniş 925 AZN tələb edilir.

 

“Şəmkir Excelsior Hotel” – 300 manat

“Şəmkir Excelsior Hotel”–də  31 Dekabr - 3 Yanvar  aralığında dincəlmək istəyənlər üçün  3 gecə 4 gün üçün nəzərdə tutulmuş  2 nəfərlik paketin qiyməti 600 AZN-dir. Qiymətə daxildir: 3 gün səhər və şam yeməyi, Yeni Il şam yeməyi, Annenfeld turu,  Şəmkir City Park turu, DJ Huseynin iştirakı ilə diskoteka. Qonaqlara Shamkir Excelsior Hotelində hazırlanan Shamkir Brau pivəsi və öz istehsalımız olan şərablar da təklif ediləcək. 6 yaşa qədər 1 uşaq üçün ödəniş alınmır.

 

“Xaçmaz River Inn Hotel” – 525 manat

“Xaçmaz River Inn Hotel”-də 31-2 dekabr günlərində otel rezervasiyası olan müştərilər üçün  hazırlanan paket  2 gecə 3 günlük istirahət üçün nəzərdə tutulub. 2 nəfərlik standart otağın qiyməti 749 manata təklif edilir. Qiymətə daxildir: 9.30-da başlayan tədbir (nahar xaric), canlı musiqi, aparıcı və müğənnilər ilə şou proqram, gala-şam yeməyi, səhərədək diskoteka, açıq-bufet səhər yeməyi. Hoteldə keçirilən digər günlərin nahar və şam yeməklərini də nəzərə alanda bu hoteldə Yeni il qarşılanması 2 nəfərə ümumilikdə 1050 manat, adambaşına 525 manat təşkil edir.   

Dİgər günlər yaşadək uşağa pul ödənmir, amma 6 yaşdan böyük uşaqlar üçün otağa əlavə çarpayı qoyularsa 2 gecəlik ödənişi 110 manat olacaq. RİVER İNN  butik-otel olduğu üçün yeni il şənliyini yalnız otel müştəriləri üçün təşkil edir.

 

“Şabran  Qalaalti  Hotel” – 750 manat

“Şabran  Qalaalti  Hotel”də dekabr-2 yanvar tarixləri üçün müştərilərinə yeni il paketi təqdim edib. 2 nəfərlik standart otağın qiyməti  2 gecə 3 gün üçün 1500 manat müəyyən edilib. Qiymətə gündə 3 dəfə qidalanma, spa mərkəzindən istifadə,  Sevda Yəhyayeva, Zemfira İbrahimova, Çingiz Mustafayevin iştirakı ilə bayram şousunda iştirak daxildir. 6 yaşadək ödəniş alınmır, 6 yaşından böyük uşaqlar üçün əlavə olaraq 160 manat ödəniş tələb edilir.  Otel yeni il şənliyini yalnız öz müştəriləri üçün  təşkil edir.

OXŞAR XƏBƏRLƏR