Bakıda ən böyük hotel Bakı Ağ Şəhər (Baku White City) layihəsi çərçivəsində inşa ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, "Baku White City" hotelin tikintisində mexaniki, elektrik və santexnika işlərinin görülməsi üçün Türkiyənin "AE Arma-Electropanc" şirkəti ilə müqavilə bağlayıb. Müqavilənin qiyməti 42,5 mln. dolar təşkil edir.
"Baku White City"nin ərazisində yerləşən hotelin sahəsi 90 min kvadratmetr olacaq. Burada 818 nömrə olacaq. Hotelin tikintisinin 2015-ci ilin ilk rübündə, Bakıda Avropa Olimpiya Oyunlarının açılışına qədər başa çatdırılması nəzərdə tutulub.