Sirri hələ də açılmayan 10 tikili

Sirri hələ də açılmayan 10 tikili
Xəbərlər 22 Noyabr 2017 16:49 1206
Sirri hələ də açılmayan 10 tikili

Dünyada elə qəribə yerlər var ki, texnologiyanın inkişaf etdiyi müasir dünyada belə ona izah tapmaq çətindir.

Yüzilliklər əvvəl günümüzdə inşaatın ən yaxşı avadanlıqlarının belə gücü yetməyən nəhəng tikililərin necə yaradıldığı hələ də sirr olaraq qalır.

Stounhenc (İngiltərə)

 

 

Yüz kilometrlərlə aralıdakı karxanadan bu ağır qayaların bura necə gətirildiyi və quraşdırıldığı məlum deyil.

Əfasanəyə görə bu nəhəng daşlar kompleksi sehrbaz Merlin tərəfindən yaradılıb. Lakin onun nə ilə tikildiyi bəlli deyil. Buranın sığınacaq və gözləmə evi kimi istifadə olunduğu təxmin edilir. 

Bəəlbək (Livan)

 

 

Bu məbəd kompleksi bir şəhərin qalıqlarındandır. Təxminən min ton ağırlığında daş blokları daşıyıb bu məbədi necə tikiblər? Alimlər bu suala cavab tapa bilmir.

Romalıların o dövrdə belə bir texnologiyası yox idi.

Nyuqrenc (Irlandiya)

 

 

Alimlər İrlandiyadakı bu tikilini 300 il əvvəl araşdırmağa başlayıb. Qazıntılar nəticəsində bunun bir məzar olduğu ortaya çıxıb. Gün boyunca Nyuqrenci ziyarət edənlər astronomik fenomenin şahidi olur. Günəş dolandıqca bir işıq yavaş-yavaş otağı doldurur. Mövhümatçı irlandlılar buranın elflər və pərilər tərəfindən tikildiyinə inanır. 

Şimali Qafqaz dağları (Rusiya)

 

 

Dağ yamaclarında plitələrinin ağırlığı tonları keçən daşlardan tikilmiş evlər tapılıb. Bu tikilinin tarixi 5 mini keçir. Plitələr o qədər dəqiq yerləşdirilib ki, aralarından bıçaq keçirmək belə mümkün deyil. 

Tikal (Qvatamela)

Tikal ən böyük Mayya məbədlərindən biridir. Yaşıl meşənin içində gizlənmiş bu kompleksin içində top oyunu meydançaları və saraylar var. Bu tikililərin nə işə yaradığı haqda bir çox nəzəriyyə var. O dövrdə belə bir tikilinin necə inşa olunması isə sual olaraq qalır.

Bolşoy Zayatski adasındakı daş labirintlər (Rusiya)

Adadakı spiral şəkilli labirintlərə yerlilər Babil deyir. Bəzi alimlər bunun balıqlar üçün tələ, bəziləri isə əyləncə məqsədilə düzəldildiyini söyləyir. Çoxları isə buranın ruh dünyası ilə gerçək dünya arasındakı ritual məkanlardan olması qənaətindədir. 

 

 

Petra (İordaniya)

 

 

Petra dəniz səviyyəsindən 900 metr yüksəklidə, qayalıqlarda inşa edilib. Məbəd, ya türbə olduğu ehtimal edilir. Oymaların dəzgah qurmadan necə işlənməsi açılmayan sirdir.

 

Daş kürələr (Kosta Rika)

Sakit okean sahillərində tapılan bu kürələr vandalizmin qurbanı olub. Onları tapan işçilər kürələrin içində qızıl olduğunu düşünüb. Çoxu parçalanmış daşlardan salamat qalanları şəhər parklarında turistlərin diqqətini çəkmək üçün yerləşdirilib. 

Bu kürələrin niyə düzəldildiyi, nəyi təmsil etdiyi bəlli deyil. 

 

 

Terrakota ordusu (Çin)

Sin Şi Xuanğın məzarında 8 mindən artıq çin döyüşçüsü və atlarının heykəli tapılıb. Ənənədən kənar olaraq ordu əsgərləri heykəlləri vali ilə birlikdə torpağa basdırılıb. 

 E.ə. 200-cü illərdə əl əməyi ilə işlənmiş heykəllər ən kiçik detallarına qədər işlənib və hər heykəlin üzü digərindən fəralənir. 

Pasxa adası heykəlləri ( Çili)

Sakit okean sahillərində tapılan bu heykəllərin başqa yerdən gətirildiyinə aid dəlillər var. Kölə ticarəti üzündən bu heykəllərin haradan və niyə gətirildiyini anladacaq bir yerli belə qalmamışdır.  

OXŞAR XƏBƏRLƏR