Xudat keçmiş SSRİ-nin Top-10 yay kurotları reytinqində

Xəbərlər 31 Iyul 2014 00:00 938
Xudat keçmiş SSRİ-nin Top-10 yay kurotları reytinqində

Rusiyanın onlayn-bronlaşdırılma xidməti Oktogo.ru, Rusiya turistləri üçün MDB ölkələrində və postsovet məkanında (keçmiş SSRİ-nin) yay istirahətinin ən populyar kurort istiqamətlərini müəyyənləşdirib. Kurortların reytinqi 2014-cü ilin yay  aylarının bronlarına əsasən tərtib olunub.

Həmçinin reytinq hazırlanarkən yaşayış, yemək və ekskursiyalar da daxil olmaqla bir həftəlik yay istirahətin 25 min rubla başa gəlməsi, müvafiq dövlətlərin paytaxtlarından kurotlara olan  üç saat yol  məsafəsi nəzərə alınıb

 Resursun məlumatına görə, Top-10 yay kurotları aşağıdakılardır:

1. İssık-Kul (Qırğızıstan)

2. Borovoye gölü (Qazaxıstan)

3.Naroç gölü  (Belarus)

4. Qaqrı (Qara dəniz, Abxaziya)

5. Хudat (Xəzər dənizi, Azərbaycan)

6. Yurmala (Rij körfəzi, Latviya)

7. Sevan gölü (Ermənistan)

8. Palanqa (Baltik dənizi, Litva)

9. Batumi (Qara dəniz, Gürcüstan) 

10. Vadul-luy-Vode (Dnestr, Moldova)

OXŞAR XƏBƏRLƏR