Bakıda fəaliyyət göstərən 5 maraqlı kitab kafesi

Bakıda fəaliyyət göstərən 5 maraqlı kitab kafesi
Xəbərlər 23 Noyabr 2017 13:39 1247
Bakıda fəaliyyət göstərən 5 maraqlı kitab kafesi

Son vaxtlar Bakıda tematik kafe və restoranların sayı artmaqdadır. Seyyah.az turizm və isytirahət portalı sey-yah.com-a istinadən kitabsevərlər üçün Bakıda fəaliyyət göstərən 5 maraqlı kafeni təqdim edir:

1. Kibrit Book Cafe 

 

 

 

2013-cü ilin sonunda fəaliyyətə başlayan kafe Nizami küçəsində yerləşir və şüarı “Hәrәyә bir “Kibrit” bәs edәr”dir. Məkana daxil olduqda özünüzü 70-ci illərin amerikasında hiss edəcəksiniz. Kafenin divarlarını rəssamlar tərəfindən çəkilmiş şəkillər bəzəyir. Buradan kitab ala və oxuya bilərsiniz.

 

2. Yeraltı Book Cafe & Book Store

 

 

 

Lev Tolstoy 153/1 ünvanında yerləşən kafe 2013-cü ilin aprelində fəaliyyətə başlayıb. Kafedə həmçinin canlı musiqilər də dinləyə bilərsiniz.

 

3. WHSmith

 

 

 

WHSmith Böyük Britaniyanın dünyaca məşhur şirkətidir və bir çox istiqamətdə, o cümlədən kitab sahəsində fəaliyyət göstərir.  WHSmith kitab kafesi Port Baku Mall-da yerləşir. Siz buradan kitab ala, oxuya və yeməklərdən dada bilərsiniz.

 

4. İçərişəhər – Bookhouse & Cafe 

 

 

 

 

 

2013-cü ildə yaradılmış “İçərişəhər Kitab evi və Kafe” elmi tədqiqatlara dəstək, ətraf mühitin qorunması və təbii irs üçün sevginin aşılanması, eləcə də kəşf ruhunun təşviqi işinə həsr olunmuş ictimai maarifləndirici məkandır. ”İçərişəhər Kitab evi və Kafe” yazıçılar, ziyalı şəxslər, alimlər və digər qruplar arasında müzakirələrə kömək etmək və cəmiyyətin ziyalı təbəqəsi ilə gənclərin görüş imkanını təmin etmək məqsədi daşıyır.

 

5. il futuro Book Cafe 

 

 

 

Kafenin geniş kitab rəfləri var. Burada müştərilərə dadlı kofelər təklif olunur. Həmçinin həftə sonları canlı musiqilər səsləndirilir.

 

 

OXŞAR XƏBƏRLƏR