Lirənin ucuzlaşması Türkiyə turlarının qiymətinə təsir edəcək?- EKSPERT RƏYİ

Lirənin ucuzlaşması Türkiyə turlarının qiymətinə təsir edəcək?- EKSPERT RƏYİ
Xəbərlər 24 Noyabr 2017 11:41 1025
Lirənin ucuzlaşması Türkiyə turlarının qiymətinə təsir edəcək?- EKSPERT RƏYİ

Türk Lirəsinin tarixi minumuma enməsi Türkiyədə qış turizmini ucuzlaşdırır.

  Lakin yayda da qiymətlərin ucuz olmasını indidən demək tezdir. Səyyah.az turizm portalı xəbər verir ki, məsələ ilə bağlı fins.az-a müsahibə verən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov lirənin dəyərdən düşməsinin azərbaycanlı turistlərin işinə yaradığını bildirdi. M. Ağakərimov istənilən ölkədə yerli valyutanın dəyərdən düşməsinin bu ölkəyə gələn turistlərin xeyrinə olduğunu bildirdi. Lakin Assosiasiya rəsmisi yayda da qiymətlərin ucuz olacağını  indidən deməyin tez olduğunu bildirdi.

Ekspertlər hesab edirlər ki, yay mövsümündə Türkiyədə qiymətlər enməyə də bilər. Buna səbəb otellərin qiymətlərin lirənin dəyərdən düşməsindən öncə müəyyənləşdirməsi həmçinin tərəfdaşları ilə dollarla müqavilə imzalamasıdır. Lakin yay mövsümü üçün qiymətlər barədə dəqiq nəsə demək hələ tezdir deyə əcnəbi ekspertlər bildirib

Məlumat üçün bildirək ki, iyunda lirə 19% bahalaşmışdı. Ancaq bu tendensiya sonradan dayandı. Lirə il ərzində artıq 5-ci dəfədir ki, dəyərdən düşür.

OXŞAR XƏBƏRLƏR