Ötən illə müqayisədə bu qış Hindistana səfər edənlərin sayı 40-50% çoxalıb.
Səyyah.az turizm portalı xəbər verir ki, Rusiya Turoperatorlar Assosiasiyasının yaydığı məlumata görə artıma səbəb təklif olunan qiymətlər və cəlb edici məkanların olmasıdır. Turistlərin Hindistanda ən çox üz tutduğu şatatlar isə Qoa və Kereladır. Belə ki, Hindistana gələn turistlərin 83,9% Qoa – ya səfər edir. /fins.az/