Ölkəmizdə fəaliyyət göstərən Yes travel turizm şirkəti yanvar ayında Avropanın bir neçə möhtəşəm şəhərinə tur təşkil edəcək.
Səyyah.az turizm şirkəti xəbər verir ki, turun müddəti 6 gecə 7 gündür. Səfər Budapeşt-Vyana-Praqa şəhərlərinədir. Avropanın inciləri hesab edilən bu şəhərlər də müasirliklə yanaşı Avropanın qədimliyi də öz əksini tapıb. Turun qiyməti 399 avroyadır. Göstərilən məbləğə Bakı-Budapeşt-Bakı aviabileti, otel 2 gecə Budapeşt, 1 gecə Vyana, 3 gecə Praqa da qonaqlama, səhər yeməyi, transfer (Hava limanı–Budapeştdə otel) şəhərlər arası nəqliyyat (Budapeşt-Vyana, Vyana-Praqa, Praqa-Budapeşt) daxildir. Qiymətə daxil deyil: Viza rüsumu ( 35 avro 1 nəfər üçün ), sığorta. Qiymət iki nəfərlik otaqda bir nəfər üçün hesablanıb .
Məlumat üçün bildirək ki, biletinizi həm də Bolkartla alıb, 1 aydan 12 aya qədər hissə hissə ödəyə bilərsiniz /fins.az/