Yeni İl ərəfəsində bir çox ölkələrin otellərində müştəri cəlb etmək məqsədi ilə bir çox kampaniyalar təklif olunur. Lakin kampaniyalarsız da endirimli biletlər əldə etmək olurmuş. Bunun sübutu olaraq Toğrul Bayramlı adlı gəncin əldə etdiyi biletləri demək olar. Belə ki, dostları ilə Yeni İli Batumidə qeyd etmək qərarına gələn Toğrul Bayramlı 30 dekabr-1 yanvar tarixləri üçün Batumidə özünə adambaşına cəmi 6 manata olan otel nömrəsi bron edib. Toğrul Bayramlının bron etdiyi 3 ulduzlu otel digər mehmanxanalardan heçnə ilə geri qalmır. Toğrul Bayramlı bu cür ucuz bilet əldə etməyin sirlərini açıqlayıb.
O ilk növbədə bronlamanın getmək istənilən yerə 1-2 ay öncə edilməli olduğunu bildirib. Həmçinin ucuz otel tapmaq istəyənlərə axtarış zamanı hər incəliklərə diqqət yetirməli olduğunu bildirib. Onun sözlərinə görə Booking.com – dan daimi istifadə zamanı adı çəkilən xidmət bu cür istifadəçilərinə xüsusi güzəştlər təklif edir. Elə T.Bayramlıda ucuz nömrə əldə etməyinin sirlərindən birinin bu endirim faizini əldə etməsi olduğunu bildirdi.
