Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb
Xəbərlər 28 Noyabr 2017 14:33 1089
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb

“Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq”.

Səyyah.az turizm portalı xəbər verir ki, fins.az-ın məlumatına əsasən, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib. Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir: “Əminəm ki, bu yol həm sərnişinlər, həm də yüklərin daşınması üçün cəlbedici olacaq”. 

A.Arslan qeyd edib ki, BTQ-nin bir çox üstünlükləri var və dəmir yolu nəqliyyat xərclərini və yüklərin daşınma müddətini azaldır.  

OXŞAR XƏBƏRLƏR