Qanlı Yanvar - 24

Azərbaycan Turizm İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunan dəyirmi masa keçirilib.
Xəbərlər 20 Yanvar 2014 00:00 2173
Qanlı Yanvar - 24

Azərbaycan Turizm İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunan dəyirmi masa keçirilib. Seyyah.az-ın məlumatına görə, ATİ-nin rektoru Cəfər Cəfərov çıxışında bildirib ki, dəyirmi masanın mövzusu  “Yanvarın 19-dan 20-ə keçən gecəni öz qanları ilə şanlı tarixə çevirən müqəddəs vətən övladlarını unutmağa – unutdurmağa haqqımız yoxdur" mövzusudur. O, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecəni 72 il əvvəl - 1918-ci il mayın 28-də Azərbaycanın coğrafi deyil, siyasi məkan kimi dünyaya tanıdan böyük şəxsiyyətlərin haqq işinin yenidən başlanğıcı olduğunu bildirib. C.Cəfərov qeyd edib ki, həmin gecə məhz müstəqil Azərbaycan dövlətini qurub-yaratmaq arzusu gerçəkləşib: "Azərbaycanın müstəqil dövlət olaraq ərazi bütövlüyünü bərpa edib saxlamaq naminə onlarla vətən övladı yanvar gecəsini qanları ilə yazdılar. Yanvar şəhidləri o gecə işğala yox deyib, azadlıq, müstəqillik istəyini qanları ilə pöhrələndirdilər. Statistik rəqəmlərə görə 24 il əvvəl şəhid vətən övladlarının sayı təxminən 132 nəfərdi. Amma o gecə əslində bütün Azərbaycan şəhid idi".


“Qara Yanvar – 24” dəyirmi masa söhbətində ATİ-nin İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfiqarlı, Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Vidadi Rzayev, Sahib Səfiyev öz çıxışlarında 20 Yanvar faciəsinə gedən yol, eyni zamanda bu faciəyə hüquqi və siyasi qiymətin verilməsində Heydər Əliyevin tarixi xidmətlərini qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR