Türk Hava Yollari viza tələb edən ölkələrlə bağlı yeni qayda tətbiq edib.
Seyyah.az turizm və səyahət portalı FED.az-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən bilet almış sərnişinlər viza müraciətindən rədd cavabı alarsa və bilet qiyməti qaydalarında “viza müraciəti rəddi zamanı qaytarılabilər” bəndi yoxdursa belə, sərnişinlər Türk Hava Yolları ofisinə gəlib rədd cavabı məktubunu göstərə və biletini geri qaytara bilər.