Almaniyadan ailəsi ilə birgə sığınacaq istəyən şəxs (adı açıqlanmır) boğazını kəsib.
Səyyah.az turizm və miqrasiya portalı xəbər verir ki, AzEuroNews.com–un məlumatına görə, bu barədə “facebook”da Avropa Azərbaycanlıları | European Azerbaijanis qrupunda yazaraq məlumat veriblər. Məlumatda deyilir ki, azərbaycanlı ailə Köln şəhərinə gələrək sığınacaq istəyi ilə bağlı Alnaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə İdarəsinə (BAMF) müraciət edib. Onlar Almaniyaya gəlməzdən əvvəl viza və Almaniyada oturum izni ilə bağlı görəcəyi işlərə görə, Gülnarə adlı Almaniya vətəndaşına 25 min manat pul veriblər.
Bir müddət sonra ailə “Dublin anlaşması”na görə, vizalarının olduğu Çexiyaya göndərilməsi ilə bağlı qərar verilib. Ailə bu zaman Gülnarə adlı qadına məlumta versə də, sonuncu artıq vəkilin bu işlə maraqlandığını və onların heç bir yerə göndərilməyəcəyi vədini verib.
Bir müddət sonra, gecə saat 4-də gələn polis ailəyə hazırlaşmaları və Çexiyaya getmələri üçün yarım saat vaxt verib. Vəkilə zəng vuran ailəyə məlum olub ki, Gülnarə adlı qadın bu barədə vəkilə heç bir məlumat verməyib.
Bu hadisədən qəzəblənən ailənin başçısı bıçaqla boğazını kəsib. Polislər dərhal onu xəstəxanaya aparıblar. Bu mənzərə qarşısında əsəbləri korlanan yoldaşı ruhi əsəb xəsətləri dispanserinə yatırılıb. Dövlət uşaqları da öz himayəsinə götürüb.