Hindistanın Mumbai şəhər aeroportu sutkaka ərzində reyslərin sayına görə rekord vurub.
Səyyah.az turizm portalı xəbər verir ki, aeroporta sutka ərzində 969 təyyarə enib-qalxıb. Aeroportdan istifadə edənlərin əksəriyyəti xarici vətəndaşlar olub. Mumbai şəhər aviaşirkətindən bildiriblər ki, yerli sakinlərin 97 faizi təyyarədən istifadə etmir.