Nabran - Antaliya və Bodrum sistemi ilə işləyir

Xəbərlər 8 Avqust 2014 00:00 2696
Nabran - Antaliya və Bodrum sistemi ilə işləyir

Bu il Azərbaycanda daxili turizm istiqamətləri və ən çox səyahət edilən istiqamətlərlə bağlı səyyah. az-ın suallarını "Baku Travel" Turizm şirkətinin icraçı direktoru Əziz Şiriyev cavablandırıb.

-Əziz müəllim, bu il Azərbaycan vətəndaşları ölkə daxilində istirahət etmək üçün ən çox hansı raonlara gedirlər?

- Yerli turizm şirkətləri vasitəsilə daxildə ən çox tələbat olan rayonlar Qəbələ, Quba, Nabran və Masallıdır. Səbəbi odur ki, Nabran Azərbaycanda yeganə yerdir ki, Antalya, Bodrum sistemi ilə işləyir. İstər servis, istər yeməyin keyfiyyəti ilə bunu sübut edir. Həmçinin burada bütün lazımi əyləncələr - akvaparklar, hovuzlar və müxtəlif atraksionlar var. Ən əsası bütün bunlar uyğun qiymətədir. Məsələn Nabranda sutkada adambaşına 45-50 manata dincəlmək olar, bütün bunlar da insanları cəlb edir. Qəbələ, Quba və Masallıya isə ona görə daha çox gedilir ki, bu ərazilərə bir gün içində gedib qayıtmaq mümkündür. Yəni əhalinin istirahət seçiminə yolun uzunluğu da təsir edir. Məsələn, Qax, Şəki, Zaqatala gəzmək üçün olduqca gözəl olmağına baxmayraq, məsafələri  uzaqdır.

- Bəs ötən illərlə müqayisədə gedilən populyar yerlərin siyahısında dəyişiklik varmı?

- Xeyr, keçən illərlə müqayisədə bu il populyar yerlər dəyişməyib. Qəbələ, Quba, Nabran və Masallı.

-Ötən illərlə müqayisədə daxili turizmə maraq artıb yoxsa azalıb?

- Ötən illərlə müqayisədə maraq olduqca artıb. Bunun da səbəbi turizm şirkətlərinin fəaliyyətidir. Mədəniyyət və Turizm Nazirliyi də bu işdə bizlərə əllərində gələn köməyi göstərirlər. Artıq mehmanxanalar da dərk edirlər ki, turizm şirkətləri ilə işləmək daha sərfəlidir. Çünki turizm şirkətləri ilə işlədikdən sonra görürlər ki, bu daha çox turist, daha çox müştəri deməkdir. Mehmanxanalar bizimklə işlədikdən sonra hiss olunur ki, ötən illərlə müqayisədə daxili turizmə maraq artıb və getdikcə də artmaqdadır.

 

-Daxili turların qiymətləri necədir?

- Bu məbləği daxili turizmdə çox işləyən turizm şirkətləri müzakirə edərək müəyyənləşdirirlər. Ölkə daxili turların qiyməti ilk olaraq 17 manatdan başlayıb, sonra 19 manat oldu. Hazırda bir günlük daxili turların qiyməti səhər yeməyi də daxil olmaqla 21 manatdır. Çalışırıq ki, qiymətlər minimal və əhali üçün uyğun olsun. Məsələn, 21 manata səhər yeməyi, ekuskursiya, fotosessiya, tur rəhbəri daxildir. Üstəlik 10 manat da əlavə edəndə nahar yeməyi proqrama əlavə olunur. İki günlük turlar ( bir gecə qalmaqla) 85-95 manat arası, 3 günlük turlar isə 110-125 manat arası dəyişir. Təbii ki, bura oteldə qalmaq, üç dəfə yemək daxiln olur.

- Azərbaycanda daxili turizmin inkişafı üçün nə işlər görülür?

 

- Sözün açığı o populyar yerləri elə məşhur atmək elə asan olmayıb. Əvvəllər turizm şirkətləri arasında rəqabət yox paxıllıq var idi. Biz AzərTurizm adlı ( Azərbyacan Turizm Şirkətləri birliyi ) birlik yaratdıq. Səbəbi isə daxili turizmi inkişaf elətdirmək idi. Həmçinin biz çalışdıq ki, turizm deyəndə ağıla ilk yay fəsli gəlməsin, ilin bütün fəsilləri insanlar istirahət etsin, turist axını güclü olsun, Azərbaycanda da bundan qazansın. O populyar yerlər müəyyənləşəndən sonra insanlar artıq daha fərqli yerlər görmək istəyirlər.

OXŞAR XƏBƏRLƏR