İyunun 6-7-si “Baku Travel” Turizm şirkətinin təşkilatçılığı ilə Gəncə -Hacıkənd infoturu təşkil edilib. Ölkənin bir sıra aparıcı KİV-lərinin və turizm şirkətlərinin nümaynədələrinin qatıldığı turda səyyah.az- da iştirak edib. Səyahətdə məqsəd mətbuat nümaynədələrini və turizm sektorunu Azərbaycanın ən gözəl güşələrindən biri olan Hacıkənd və onun turizm imkanları ilə tanış etmək idi.
Qeyd edək ki, GöyGöl rayonu ərazisində yerləşən Hacıkənd qəsəbəsi Azərbaycanın ən gözəl güşələrinin biri sayılır. Ərazidə bir çox istirahət mərkəzləri yerləşsə də, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə və hələlik yeganə lisenziya alan obyekt “Cənnət Məkan” İstirahət Mərkəzidir.
2003-cü ildə yaradılan “Cənnət Məkan” istirahət mərkəzi 2014-cü ildə lisenziyalaşdırılıb. Mərkəz ərazisi və təbiəti ilə turistlərin zövqünü oxşayan yerdə yerləşir. Burada qonaqların istirahəti üçün bütün şərait yaradılıb.
İstirahətə gələnlər burada taxta və daş evlərdə yaşaya bilərlər. “Cənnət Məkan” istirahət mərkəzinin inzibatçısı Zülfi Rəhimov bildirdi ki, taxta evlərdə gündə üç dəfə yemək də daxil olmaqla 40 manatdır. Beş nəfərlik bir taxta evin qiyməti isə, də yalnız səhər yeməyi daxil olmaqla ümumi, 60 manatdır.
Daş evlərdə qalmaq isə, bir nəfər üçün gündə üç dəfə yemək daxil olmaqla 50 manata başa gəlir. Z.Rəhimovun sözlərinə görə, Minimum dörd nəfər isə, daş evlərdə yalnız səhər yeməyi daxil olmaqla 80 manata qala bilər.
Gün ərzində verilən yeməyin tərkibinə gəldikdə isə adminstrator qeyd edir ki, istifadə olunan qida məhsullarının təmizliyi və yeniliyinə şübhə yoxdur. Ərazi lisenziya aldığından burada hər cürə nəzarət var.
Yeri gəlmişkən, sentyabr ayından etibarən qiymətlərdə azalma olacaq. Yəni, istirahət mərkəsində otaqlar üzrə təqin edilən qiymətlərdə 10 manat həcmində endirimlər ediləcək.
“Cənnət Məkan” istirahət mərkəzinin inzibatçısı bildirir ki, istirahət mərkəzi qış üçün də hazırlıqlıdır. Burada hər növ istilik avadanlıqları var.
Yaxın bir həftə ərzində isə istirahət mərkəzinə gələn tursitlərin bütün ehtiyaclarını ödəmək üçün konfrans zalı və namaz otağı da hazır olacaq. Eyni zamanda “Cənnət Məkan” istirahət Mərkəzində dörd ulduzlu otelin təməli qoyulub. Növbəti yay mövsümündə otelin açılışının olacağı gözlənilir.