2017-ci ilin yanvar-sentyabr aylarında Misirdə 5.9 milyon əcnəbi turist istirahət edib.
Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, 2016-cı ilin analoji dövründə bu göstərici 3.8 milyon nəfər olub. Beynəlxalq turizm təşkilatı (UNWTO)-nun açıqlamasına görə Misir turizm inkişafının surətinə görə fərqlənib.
Bundan başqa rəqəmlər göstərir ki, ilin sonuna kimi bu ölkəyə gələn turistlərin sayı 8 milyona çatacaq.