Xəzərdə kruiz gəmisi işləyəcək

Bu haqda qərar Rusiyanın Həştərxan şəhərində qəbul edilib
Xəbərlər 8 Avqust 2014 00:00 1390
Xəzərdə kruiz gəmisi işləyəcək
Xəzəryanı ölkələrin nəqliyyat qurumları dairəvi kruiz marşrutunun yaradılması haqqında qərar qəbul ediblər. Seyyah.az AnsPress-ə istinadən xəbər verir ki, Həştərxanda baş tutmuş Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin II görüşünün iştirakçıları Xəzəryanı hövzənin bütün dövlətlərini əhatə edən dəniz turizm marşrutunun təşkil edilməsi barədə qərara gəliblər.
 
Bunu jurnalistlərə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin brifinqdə bildirib. 
 
Dairəvi kruiz marşrutunun yaradılması Xəzəryanı ölkələr arasında mütəmadi dəniz gəmiçiliyinin ümumi inkişafına xidmət edəcək. 
 
Həştərxan qubernatonunun fikrincə, Xəzəryanı ölkələr arasında sərnişin kruiz daşımalarına tələbat yüksək olacaq.
OXŞAR XƏBƏRLƏR