Həftəsonu harada və necə istirahət etmək olar? - İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Həftəsonu harada və necə istirahət etmək olar? - İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
Xəbərlər 30 Noyabr 2017 18:08 674
Həftəsonu harada və necə istirahət etmək olar? - İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Həftə sonu yaxınlaşır bu isə odeməkdir ki, gərgin iş həftəsindən sonra yaxşı istirahət lazım olacaq. Yaxşı istirahət etmək yaxşı işləmək qədər vacibdir. Çünki iş gərginliyi insana növbəti həftələrdə bütün gücünü işə səfərbər etməyə imkan vermir. Odur ki, seyyah.az turizm və istirahət portalı həftəsonu üçün baş çəkiləcək bir neçə yeri təqdim edir.

 

“Pivnaya Apteka”

Pivnaya Apteka bu məkana gələnlər üçün xüsusi kampaniya hazırlayıb. Belə ki, 4 pivə alana 1 set hədiyyə olunacaq . Set-ə isə qızardılmış düşbərə, saçaqlı pendir, noxud və fısdıq daxildir. Bokal pivələrin qiyməti 6.50-9 manat arasında dəyişir. Banka pivələrin qiyməti isə 3.50-11 manat arasında dəyişir.

 

“Sky Grill”

Restoranda müştərilərə xüsusi təklif var. Belə ki, 15 manat ödəməklə 2 bakal şərəbla yanaşı 1 set müxtəlif içki ilə içmək üçün qidalar verilir. Bura həmçinin müxtəlif pendir çeşidləri də daxildir.

 

"Winter Bazar"

3 Dekabr 2017-ci ildə "Passage 1901" istirahət və ticarət kompleksində  "Winter Bazar" (Qış Bazarı) yarmarkası təşkil ediləcək. Yarmarkada 50-dən çox dizaynerlərin əl işləri təqdim olunacaq onlardan, 10-u geyim dizaynerləri və 40 hand made dizaynerləri- bəzək əşyaları, oyuncaqlar, ətirlər, ev üçün əşyalar kosmetika və s olacaq.

 

“River İnn”

Nabranda yerləşən River İnn otelində həftəsonları iki nəfərin qonaqlaması 79 manatadır. Bu qiymətə 2 nəfərin oteldə qonaqlması və səhər yeməyi daxildir.

 

“Park Cinema”

Dekabrn 3-ü Parkc Cinema kinoteatrlarında ölkəmizdə qala gecəsi baş tutmuş “Kardeşim Benim-2”filminin nümayişləri olacaq. Film Park Cinema kinoteatrlarında müxtəlif vaxtlarda nümayiş olunacaq. Qeyd edək ki ekran əsərində türkiyəli məşhur aktyor Burak Özçivit və məşhur aktrisa Fəxriyyə Evdcan rol alıblar (fins.az). 

OXŞAR XƏBƏRLƏR