Səyyah.az turizm portalı Soveti özündə qoruyub saxlayan şəhəri təqdim edir...

Bu qədər təmiz-səliqəli küçələri və qayda-qanuna riayət edən, dəqiq insanları nə zaman bir arada gördüyümü xatırlamıram. Öyrəşmədiyimiz qədər enli küçələri, geniş avtomobil yolları və təmizliyi ilə yadımda qaldı Minsk. 1 milyon 959 min nəfər sakini var. Və bu insanların heçbiri yerə zibil atmır, tüpürmür, yol hərəkatı qaydasını pozmur.
Sizcə də çox standart deyilmi?

Bəlkədə elə buna görədir ki, Minsk də özümü digər Avropa şəhərlərindəki kimi rahat hiss etmirdim. İçimdə bir narahatlıq var idi. Ancaq küçələrdə gəzməkdən və hər anı fotoaparatımın yaddaşına həkk etməkdən yorulmurdum.
Mədəni sürücülər, qayda qanuna riayət edən piyadalar…
Minsk İkinci Dünya Müharibəsi zamanı Almaniyanın işğalına məruz qalıb, 80 faizi dağıdılıb. Çox çox sonralar özünə gəlməyə başlayıb. Demək olar bütün binaları yenidən tikilib. Bəlkədə, bu qədər gözəl şəhər salmanın sirri də bundadır… Geniş avtomobil yollarını yolboyu uzanan yaşıl parklar müşayiət edir. Sürücülərin mədəni olduğu qədər, piyadalar da qayda-qanuna riayət edəndirlər. Qaldığım müddətdə birdəfə olsun maşın yoluna çıxan piyada, piyadaya siqnal verən sürücü görmədim. Bəlkə də istirahət günləri olduğundan şəhərd əmaşınlar az idi. Nə bilmək olar – deyib, özümüzə təsəlli verək.
Belorusya – gedilməsi gərəkən ölkə

Vitebsk, Brest, Gomel, Mogilev, Grodno və paytaxt Minsk olmaqla 6 hissəyə ayrılıb Belorusiya. Qüsursuz şəhərsalma, ətraf kənd və qəsəbələri, müasir arxitektura örnəkləri və müasir dizaynlı parkları, meşələrlə əhatələnmiş, gedilməsi və gəzilməsi gərəkən ölkələrdəndir.
Sovetdənqalan küçə və dükanadları, Minskin səliqəsi tipik Avropa şəhəri düzəninə bənzəmir. Bu şəhər hələ də Sovet İttifaqını özündə qoruyub saxlayıb. Adicə küçə və dükanların adları çox şey deyir: “Lenin”, “K.Marks”, “Kommunistiçeskaya”…
Avropa şəhərlərinin hüzurlu havası sanki burada yoxdur. Şəhəri gəzərkən içində bir narahatlıq hiss edir insan. Hətta internet də, televiziya kanallarında xəbərlərdən gördüyümüz Şimali Koreyanı xatırladır.
Minskdə internet çətinliyi
İnternet demişkən, şəhərdə yerləşən kafelərdə, ictimai yerlərdə pulsuz internet şəbəkəsinə bildiyimiz qaydada daxilolmaq olmur. İnternetə qoşulmaq istəyənin yerli mobil nömrəsi olmalıdır. Öncə mobil nömrəni daxil etməli, sonra sənə“sms”-lə göndərilən şifrəni qeyd edib,internetə qoşulmalısan. Eynən İstanbulun hava limanlarındakı kimi…Yerli insanların fikrincə, bu qayda vətəndaşları nəzarətdə saxlamaq üçün hələ 1994-cü ildən Lukaşenko hakimiyyəti tərəfindən qoyulub. Ötən ildənsə internet dövlət tərəfindən xüsusi nəzarətə götürülüb. Belorusiyada yaşayanlar internet brauzerlərində istifadəsi mümkün olan “İnkoqnito” opsiyasından da məhrumdular.
Şəhərin görməli yerləri

25 mərtəbəli, nəhəng almaza bənzəyən milli kitabxanaya mütləq getmək lazımdır. Burada 14 milyondan artıq kitab var. Bundan əlavə, “Aleksandrovsky” və “Oktyabrskaya” meydanları, “FrancyskaSkaryny” küçəsi, hökumətbinası, mədəniyyət sarayı, Beynəlxalq Tarixvə Mədəniyyət Muzeyi, “MüqəddəsRuh” Katedralı, “Aleksandr Nevsky” kilsəsi, “TraetskaePradmestse” bölgəsi, “GözyaşlarıAdası” – bunlar hamısı görülməli, gözəl yerləridir.
Bakıdan Minskə necə, neçəyə gedə bilərik?
Bakıdan Minskə Ukrayna və Azərbaycan Hava Yolları avia şirkətləri ilə gedə bilərsiniz. Gediş-dönüş qiymətləri təxminən 180-400 avro arası dəyişir. Çox yox, bir dəfə bu şəhərdən yolunuzu sala bilərsiniz. Şəhəri gəzməyə 2-3 gün kifayətdir. Məsələn, bir həftəsonunu burada keçirməyə nə deyirsiz? Hava limanından şəhər mərkəzinə təxminən 42 kilometrdir. Azərbaycandakı kimi taksiyə minmədən öncə mütləq qiyməti danışmalı, bacardığın qədər endirməlisən. Yoxsa, mənzil başına çatanda söyləyəcəyi qiymətə məsuliyyəti mən daşımıram.
Viza məsələsinə gəlincə, Minsk Hava Limanından Belorusya ya giriş edən ölkədə 5 gün vizasız qalabilər. Girişin məhv Minsk Hava Limanından olması mütləqdir /seyahetchi.com/