İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürməyə davam edir.
Fəqət, minlərlə turist təbii fəlakətə və böyük risklərə rəğmən, adanı tərk etməyə tələsmirlər. Səyyah.az turizm portalı Daily Mail-ə istinadən bildirir ki, İndoneziyanın hakimiyyət dairələrinin göstərişi ilə Balidə 100 mindən artıq yerli sakin vulkandan minimum 10 km aralıdakı məkanlara təlxiyə olunub.
Turistlər isə Balini tərk etmir, orada çəkdikləri fotoları və selfiləri İnstagram-da paylaşırlar.









