AZAL Krasnoyarsk istiqamətində uçuşları artırır

Xəbərlər 11 Avqust 2014 00:00 1177
AZAL Krasnoyarsk istiqamətində uçuşları artırır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Krasnoyarsk (Rusiya) istiqamətində aviareyslərin sayını artırır. AZAL-dan verilən məlumata görə, avqustun 25-dən etibarən bu istiqamət üzrə uçuşların həyata keçirilməsinə başlanılacaq.

 

Qeyd edək ki, uçuşlar həftənin bazar ertəsi və cümü günləri daxil olmaqla uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Bazar ertəsi və cümə günü Bakıdan uçuş saat 05:45-də Krasnoyarskda eniş 13:45-də, Krasnoyarskdan uçuş saat 15:45-də Bakıda eniş saat 18:25-də yerinə yetiriləcək.

 

Uçuşlar “Boeing” tipli hava gəmiləri ilə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR