Təyyarədə etiket qaydaları

Təyyarədə etiket qaydaları
Xəbərlər 2 Dekabr 2017 11:27 743
Təyyarədə etiket qaydaları

Bu nümunəvi sərnişin tələblərindən heç olmasa yarısına riayət etsəniz təyyarə bortuna arzuolunan qonaq kimi qəbul olunacaqsınız.

1. Təyyarə kreslosunda

  • Kreslonun dirsəkaltısını qonşunuzla bərabər bölün – genişlənmə siyasəti nə yerdə, nə də göydə xeyir gətirməz.
  • Pəncərə yanında yer düşübsə, tualetə getmək üçün hamının yatmağını gözləməyin.
  • Pəncərə yanında yer qismət olmayıbsa, pəncərədən baxmaq üçün qonşunuzun üzərinə yıxılmayın.
  • Yerinizdən duran zaman öndəki kreslonun başaltısından tutmayın. Həmin kresloda oturanın saçlarını dartmalı olacaqsınız ki, bu da onun xoşuna heç gəlməz.
  • Adi insanpərvərliyə görə uşağınızın açılıb-bağlanan kiçik masa ilə oynamasını və ya öndəki kreslonun bel hissəsinə ayağı ilə vurmasını qoymayın.
  • Kreslonuzu arxaya verən zaman orada oturan sərnişini bu barədə xəbərdar edin.
  • iPod və ya videopleyerə tam səs verməyin. Bütün salon sizin musiqi və ya kino zövqünüzü bəyənə bilməz.
  • Qonşunun boşqabına baxmayın. Öz pendirini hələ yeyib qurtarmadığına görə günahkar deyil.
  • Kreslonun arxası öndə oturan üçün etibarlı qoruyucu deyil. Ona görə də asqıranda və öskürəndə ağzınızı örtün.

2. Gecələr

  • Yata bilmirsinizsə və danışmaq istəyirsinizsə də digər sərnişinlərin yatmasına hörmət edin.
  • Yastığınızı qonşunun çiyninə qoymayın.
  • Ayaqlarınızı kreslolar arası keçidə qoyub yatmayın. Salonda gedənlər ilişə, sizsə içki arabasından zədələnə bilərsiniz.
  • Şəfəq çağı oyandınızsa illüminatorun pərdəsini qaldırıb “Necə də gözəl gün çıxıb!” deyə 
  • 3. Adi nəzakət qaydaları

  • Ayaqqabını çıxarmaq sizin qanuni haqqınızdır, amma hərdən bunu etmək yaxşı deyil.
  • Uçuşdan əvvəl ətir qabının yarısını üstünüzə tökməyin.
  • Biznes və ya birinci sinfə uçuşlara öyrəşməyən uşaqları aparmayın. Birincisi bu pedoqoji cəhətdən düzgün deyil, ikincisi isə komfortla uçmaq üçün çox pul xərcləmiş sərnişinlərin həyatını korlaya bilərsiniz.
  • Uçuşa başlayanda və enəndə gizlincə komputer oyunu oynamayın. Bu, aviasiya avadanlıqlarının işini pozmasa da, bu hərəkətinizə görə təhlükəsizlik qaydaları məcburi riayət olunmalıdır deyə hesab edən sərnişinlər özlərini təhlükədə
  • 4. Təyyarəyə giriş və çıxış

  • Salona girəndə digərləri üçün keçidi bağlayıb yerinizin önündə durmayın. Əl yükünü rəfə qoyun və oturun. Qapılar bağlanandan sonra uçuşda sizə lazım olan hər şeyi çantanızdan götürmək üçün vaxtınız olacaq.
  • Uzun paltonuzu baqaja sərərək bütün yeri tutmayın.
  • Yerə enən zaman dərhal çıxışa
OXŞAR XƏBƏRLƏR