Xaçmaz rayonu Nabran qəsəbəsində yerləşən “Malibu” istirahət mərkəzi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ailələri və müharibə zamanı əlil olmuş şəxslər üçün 50 faiz endirim elan edir. Bu barədə seyyah.az-a istirahət mərkəzinin rəhbərliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, şəhid ailələri və Qarabağ əlilərinə istirahət mərkəzinin bütün xidmətlərindən istifadə zamanı güzəştlər ediləcək: “Şəhid ailələri və Qarabağ qazilərinə hər zaman diqqət və qayğı göstərilməlidir. İstirahətlərinin təmini üçün onlara hər cür xidmət göstərməyə hazırıq. “Malibu”-nun bütün xidmətlərindən istifadə qiymətlərində şəhid ailələri və əlillər üçün 50 faiz güzəş ediləcək. Endirimlər qidalanma və oteldə qalma qiymətlərinə aiddir”.
Qeyd edək ki, 280 nəfərlik qonaq tutumu olan “Malibu”-da bu ilki mövsümdə xidmət və keyfiyyətin yüksəldilməsi ilə bağlı bir sıra yeniliklər edilib. İstirahət mərkəzində daha çox ailəvi istirahət üçün imkanlar yaradılıb. Uşaqların əyləncəsi üçün mərkəzdə animasion qrup fəaliyyət göstərir. Bu ildən etibarən "Malibu"-da səhər, günorta və axşam yeməkləri “İsveç masası" üsulu ilə sevis edilir. Obyektin rəhbərliyi bu il “Malibu”-nu keyfiyyət və xidmətlərinə görə, Nabranda fərqlənən istirahət mərkəzinə çevirməyi bacarıblar.