Türkiyədə yeni dini qadağalar başlayır

Türkiyədə yeni dini qadağalar başlayır
Xəbərlər 2 Dekabr 2017 13:44 644
Türkiyədə yeni dini qadağalar başlayır

Türkiyədə dini xarakterli yeni qadağalar tətbiq edilib.

 Səyyah.az turizm portalı FED.az-a istinadən xəbər verir ki, qadağalar xarici görünüşdən tutmuş iş yerlərinə qədər müxtəlif sahələri əhatə edir. Belə ki, Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib. Türkiyə Dəyanət İşləri İdarəsi tərəfindən verilən fətvada bildirilir ki, saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın. Lakin qeyd olunur ki, İslam qaydalarına görə, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir. Bundan başqa, idarə tərəfindən qəbul edilən fətvada «günah işlərin yayılmasına» kömək edən musiqinin dinlənilməsi də qadağan edilib. Dgər tərəfdən alkoqollu içkilərin satıldığı yerlərlə işləmək də qadağan edilib. Bu yalnız o halda mümkündür ki, adamın qazanmaq üçün başqa imkanı olmasın.

OXŞAR XƏBƏRLƏR