Azərbaycan və Misir arasında birbaşa hava uçuşları ola bilər TƏKLİF

Azərbaycan və Misir arasında birbaşa hava uçuşlarının təşkil edilməsi imkanlarına baxılır.
Xəbərlər 22 Yanvar 2014 00:00 1256
Azərbaycan və Misir arasında birbaşa hava uçuşları ola bilər TƏKLİF

Azərbaycan və Misir arasında birbaşa hava uçuşlarının təşkil edilməsi imkanlarına baxılır. Seyyah.az-ın Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Qırmızı dəniz ətrafı vilayətinin qubernatoru general Əhməd Abdulla Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin Misirin Xurqada şəhərinə işgüzar səfəri çərçivəsində səfirlə görüşü zamanı bildirib.

Görüş əsnasında Azərbaycan ilə Misir arasında əlaqələrin daha da gücləndirilməsi, xüsusilə turizm sahəsində əməkdaşlığın artırılması imkanları ətrafında müzakirələr aparılıb.

Ş.Abdullayev Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə əldə etdiyi nailiyyətlər, vətəndaşlarımızın beynəlxalq turizm səfəri imkanlarının artması, eləcə də ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən böyükmiqyaslı layihələr haqqında ətraflı məlumat verib.

Ə.Abdulla ölkəsi tərəfindən bütün sahələrdə olduğu kimi, turizm sahəsində də Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verildiyini və bu xüsusda, Misirin aidiyyəti dövlət qurumları arasında məşvərət xarakterli toplantının keçirildiyini qeyd edərək, bu məqsədlə yüksək səviyyəli nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırıb.

Görüş müddətində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR