Bakıdan Gürcüstan sərhədinədək İpək yoluna paralel ödənişli yolun çəkilməsi nəzərdə tutulur. Seyyah.az AzərTAc-a istinadən məlumat verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bildirib ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur. Belə ki, sürət həddi daha yüksək olduğundan sürücülər mənzil başına tez çatmaq üçün müəyyən məbləğ ödəməklə bu yollardan istifadə edirlər. Bu məsələ bir müddətdir ki, gündəmdədir və dünyadakı ən yaxşı təcrübələr nəzərdən keçirilib. Məqbul hesab edilən layihələr hazırda müzakirə mərhələsindədir.