Məşhurlar Yeni ili harada qarşılayacaq? - FOTO

Məşhurlar Yeni ili harada qarşılayacaq? - FOTO
Xəbərlər 5 Dekabr 2017 15:05 1081
Məşhurlar Yeni ili harada qarşılayacaq? - FOTO

 

Səyyah.az turizm portalı oxu.az-ın məşhurlar arasında keçirdiyi “Yeni ili harada qarşılayacaqsınız?” adlı sorğunu təqdim edir.

Xalq artisti Fidan Hacıyeva Yeni ili ailəsi ilə birlikdə İngiltərədə qarşılayacağını bildirib.

“ARB TV”-nin aparıcısı Murad Həşimov Yeni il ərəfəsində haraya yollansa da, 31 dekabr axşamını mütləq evində qeyd edəcəyini söyləyib. O vurğulayıb ki, 2018-ci ilin gəlişini doğulub boya-başa çatdığı evlərində, Şəkidə qeyd edəcək.

Müğənni Afaq Aslan hər il Yeni ili ailə üzvləri ilə birlikdə qeyd etdiyini deyib. O, bu il də ənənəsinə sadiq qalaraq 2018-ci ili Bakıda ailəsi ilə birgə qarşılayacaq.

“100.5 FM”-in aparıcısı Ceyhun Həsənli bildirib ki, Yeni ili tədbirlərin birində qarşılamalı olacaq. Yeni ilin ilk günündə isə ailə üzvləri və doğmaları ilə birlikdə olacaq.

Əməkdar artist Ədalət Şükürov 2018-ci ili ölkədə keçiriləcək tədbirlərdən birində qeyd edəcək.

“Space TV”-nin aparıcısı Aysel Nazimin sözlərinə görə, o, hər ili Yeni ili ailəsi ilə bilikdə Moskvada qeyd edir. Teleaparıcı bu il də ənənəsinə sadiq qalacaq.

OXŞAR XƏBƏRLƏR