Hovuz və çimərliklərdə çimənlərə və obyekt sahiblərinə- XƏBƏRDARLIQ

Xəbərlər 15 Avqust 2014 00:00 1177
Hovuz və çimərliklərdə çimənlərə və obyekt sahiblərinə- XƏBƏRDARLIQ

Mədəniyyət və Turizm Nazirliyi turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərə və obyekt sahiblərinə xəbərdarlıq edib. Nazirlikdən seyyah.az-a verilən məlumatda bildirilir ki, son günlər turizm obyektlərində mövcud olan hovuz və çimərliklərdə istirahət edən turistlərin sayında artım müşahidə olunur. Bəzən burada istirahət edənlərin diqqətsizliyi və səhlənkarlığı nəticəsində bədbəxt hadisələr baş verir. Bu cür xoşagəlməz halların təkrarlanmaması üçün turistlərə müvafiq təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.


Bununla yanaşı, yuxarıda qeyd olunan obyektlərinin rəhbərlərinə hovuz və çimərliklərdə istirahət edən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarətin gücləndirilməsini və müvafiq dövlət qurumları ilə əməkdaşlıq etmələri tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR