Laplandiyada qış nağılı - SƏYAHƏT VƏ GÖZƏL FOTOLAR

Laplandiyada qış nağılı - SƏYAHƏT VƏ GÖZƏL FOTOLAR
Xəbərlər 6 Dekabr 2017 17:08 363
Laplandiyada qış nağılı - SƏYAHƏT VƏ GÖZƏL FOTOLAR

Düz bir il səbirsizliklə gözlədiyimiz Yeni İl yetişəndə yada düşən ən gözəl məkan təbii ki, Laplandiyadır. Seyyah.az turizm və səyahətlər portalı xəbər verir ki, Santa Klausun vətəni, qütb işıqları və inanılmaz gözəl qar-qış mənzərələri əksəriyyətimiin heç olmadığı, və böyük ehtimalla heç vaxt da ola bilməyəcəyi bu məkanı bütün dünyaya sevdirib. 
Əslində bütün Avropaya məxsus olan nağıl qəhrəmanı Santa Klausu «özəlləşdirən» finlər artıq illərdir ki, bu diribaş addımın bəhrələrini görürlər. Nəticədə  dünyada demək olar ki, hər kəs Santa Klausun vətəni elan edilən Laplandiyanı görmək istəyir. 

 

Laplandiya haradadır? 

Seyyah.az-ın məlumatına görə, Finlandiyanın Laplandiya bölgəsi şərqdən Rusiya, qərbdən İsveç və şimalında Norveç olmaqla Şimal Qütb Dairəsinin üzərində yerləşir. Digər özəllikləri ilə yanaşı, Laplandiya Şimal işıqlarının ən yaxşı izlənildiyi yerlərdən biri sayılır. Daxili işlərində müstəqil, xarici işlərində isə Finlandiyaya bağlı olan bölgənin paytaxtı Rovaniemidir. Lakin dəniz kənarında olması və şimal işıqlarının daha yaxşı izləndiyi yer olduğu üçün ziyarətçilər ən çox Tornio şəhərinə üz tuturlar.

 

Laplandiyada nə edilir? 
Santa Klausun ev Laplandiyada ziyarət edilən əsas məkandır. İtlər və ya şimal marallarının çəkdiyi xizəklərlə bölgəni gəzərək buzdan tikilmiş yerlərə baxıb buz restoranlarında yemək də yeyə bilərsiniz. Xüsusilə burada dünyanın ən gözəl və ən təzə qızıl balıqlarını dada bilərsiniz. Nəhayət, gecəni Torniodada qalaraq şimal işıqlarının bənzərsiz mənzərəsini seyr edə bilərsiniz. 

Şimal işıqları sentyabrın 23-dən martın 21-dək görünür. Amma bu o demək deyil ki, həmin vaxt Laplandiyaya səyahət edənlərin hamısı bu işıqları görə biləcək. Bunun üçün açıq hava və bir az şans lazımdır. İşıqlar ən yaxşı yanvar və fevrallda görünür. Laplandiya, qışda göründüyü kimi soyuq deyil. Dekabr, yanvar və fevral aylarında burada orta temperatur mənfi 5-10 dərəcə olur. 

Laplandiyaya getmək hamıya qismət olmasa da (qiymətlər çox bahadır) şəkillərinə baxıb gözəl mənzərələrdən zövq almağı heç kim qadağan etməyib.  

yaaz.az Laplandiyada yeni il

 yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

finland-winter-house-lapland-snow-spruce-night-nature-town-photo

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

yaaz.az Laplandiyada yeni il

 

 

OXŞAR XƏBƏRLƏR