Azərbaycanda ilk dövlət turizm agentliyi açıldı EKSKLÜZİV

Azərbaycanda ilk dövlət turizm agentliyi açıldı EKSKLÜZİV
Xəbərlər 7 Dekabr 2017 12:48 275
Azərbaycanda ilk dövlət turizm agentliyi açıldı EKSKLÜZİV

 

Azərbaycanda dövlət turizm agentliyi fəaliyyətə başlayıb.

Səyyah.az turizm portalı FED.az-a istinadən xəbər verir ki, “Şəbəkə Travel” adlanan bu sığorta şirkəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid AzərPoçtun layihəsidir.

“Şəbəkə Travel”in rəhbəri Natiq Məmmədov saytımıza açıqlamasında bildirdi ki, bu sığorta şirkətinin özəlliyi dövlət nəzarəti altında fəaliyyət göstərməsidir: “Müxtəlif xidmətlər təklif edən “Şəbəkə Travel” 500-dən artıq aviaşirkətlə, 3500-dən artıq hotel ilə əməkdaşlıq edir. Bu sığorta şirkətində avtomobil icarəsi, səyahət sığortası, tur paketlər və digər bu kimi önəmli xidmətlər təklif olunur. “Şəbəkə Travel”in ən önəmli özəlliyi ondan ibarətdir ki, bu, dövlət nəzarəti altında tam zəmanətlə fəaliyyət göstərir.”
Dövlət turizm şirkətinin rəhbəri bildirir ki, şəbəkə, ölkənin bütün regionlarında fəaliyyət göstərəcək: “Artıq bundan sonra regionlarda yaşayan əhali bilet almaq üçün şəhərə gəlməyəcək. Azərbaycanın bütün rayon və şəhərlərində fəaliyyət göstərən nümayəndəliklərimizə yaxınlaşmaqla turizm əməliyyatlarını reallaşdıra biləcəklər. Artıq Mərdəkanda fəaliyyət göstəririk. Bu ilin sonuna qədər Zaqatala və Sumqayıt şəhərlərində də nünamyəndəliklərimizi açmağı planlaşdırırıq”.

N.Məmmədovun dediyinə görə, bu turizm şirkəti təcrübəli mütəxəssislərlə və ən son texnologiya ilə fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR